Alimentlərlə bağlı şikayətlər ARTIB

15:00 03-03-2023 | icon 386 | Sosial
Alimentlərlə bağlı şikayətlər ARTIB

Aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar şikayətlər hər il olduğu kimi, 2022-ci ildə də üstünlük təşkil edib.

 

Versus.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

 

Sənəddə bildirilib ki, ümumilikdə məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı daxil olan şikayətlərin təxminən yarısı alimentin ödənilməməsi ilə bağlı olmuşdur. Bir sıra şikayətlərlə əlaqədar görülmüş tədbirlər nəticəsində aliment öhdəlikləri üzrə ödənişlər tam və ya qismən bərpa edilmiş, digər hallarda borclunun ölkə hüdudlarından kənara çıxması və ya axtarışa verilməsi səbəbindən gizlənməsi, borclunun rəsmi iş yerinin və gəlirlərinin, eləcə də əmlakının olmaması, faktiki olaraq borcluya məxsus olan əmlakın başqa hüquqi baxımdan digər şəxslərin adına rəsmiləşdirilməsi ilə gizlədilməsi və bu kimi digər səbəblərdən müvafiq məhkəmə qərarlarının icrası şikayətlərin araşdırılması dövründə mümkün olmayıb.

 

Qeyd olunanları, eləcə də aliment ödənişlərinin təyinatını və qanunvericilikdə alimentlə bağlı öhdəliklərin icrasına xüsusi yanaşmanın təsbit edildiyini nəzərə alaraq, həmin məhkəmə qərarlarının icrasının daha operativ təşkilinə diqqətin artırılması, bu məqsədlə aidiyyəti qurumların fəaliyyətinin səmərəli əlaqələndirilməsi zəruridir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq