Əfsanəvi müsabiqə geri dönür

12:09 28-03-2023 | icon 265 | Mədəniyyət
Əfsanəvi müsabiqə geri dönür

“Bakı Payızı 2023 - 35 il sonra”

 

Əfsanəvi “Bakı Payızı” müsabiqəsi yenidən istedadları kəşf etməyə başlayacaq.

 

“Bakı Payızı 2023 - 35 il sonra” adı ilə keçiriləcək müsabiqə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunur. Müsabiqənin əsas məqsədlərindən biri dünya azərbaycanlılarını birləşdirmək və Azərbaycan mədəniyyətini bütün dünyaya tanıtmaq və təmsil etməkdir.

 

Məşhur pianoçu, bəstəkar və musiqi prodüseri, Əməkdar artist Emil Əfrasiyab qeyd edib ki, layihə təkcə vokal istedadları üçün deyil, həm də beş janr üzrə böyük müsabiqəyə çevriləcək: qruplar, orijinal janr, xoreoqrafiya və bəstəkarlar.

 

O, xaricdə yaşayan azərbaycanlılara müraciət edərək onları layihəyə qoşulmağa dəvət edib.

 

“Bu “Bakı Payızı” musiqi müsabiqəsi mədəniyyətimizin inkişafında, yeni istedadların üzə çıxarılmasında çox mühüm və önəmli rol oynayır!” - E.Əfrasiyab vurğulayıb.

 

 

Qeyd edək ki, “Bakı Payızı” müsabiqəsi ilk dəfə ötən əsrin 60-cı illərin ikinci yarısında yaransa da, uzun müddət keçirilməyib. Təxminən 20 ilə yaxın uzun fasilədən sonra, 1980-ci illərdə yenidən estrada musiqisinə töhfələr verməyə başlayıb. 1988-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsi ilə Azərbaycan Televiziyası və Radio Komitəsinin birgə səyi nəticəsində təşkil olunub.

 

Konsert günü Eldar Mansurovun, Vaqif Gərayzadənin, Faiq Sücəddinovun və Mikayıl Vəkilovun bəstələri ilk dəfə iştirakçılar tərəfindən səslənir. Müsabiqənin ən yaddaqalan çıxışı isə şair Malik Fərruxun sözlərinə bəstəkar Mikayıl Vəkilovun bəstələdiyi “Azərbaycanım” mahnısının konsertin ulduzları tərəfindən birgə ifası olur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR