Azərbaycan xalçaları ABŞ-də sərgilənib

14:44 28-03-2023 | icon 256 | Mədəniyyət
Azərbaycan xalçaları ABŞ-də sərgilənib

“Azərxalça” ASC və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) arasında əldə olunmuş razılığa əsasən, Vaşinqtonda Azərbaycan xalçalarının sərgisi keçirilib.

 

Versus.Az xəbər verir ki, bu barədə “Azərxalça” ASC-dən məlumat verilib.

 

Məlumata görə, sərgi USACC-nin ofisinin qalereyasında, “Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov və Palatanın icraçı direktoru Natiq Baxışovun iştirakı ilə baş tutub. Sərgidə nümayiş etdirilmək üçün ABŞ-yə Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz xalçaçılıq məktəblərinə aid 76 ədəd müxtəlif ölçülü yun və ipək xalça göndərilib. Sərgi iştirakçılarına, eləcə də xalça satın almaq istəyənlərə yalnız ənənəvi üslubda və rənglərdə deyil, modern dizaynlı, müasir interyerə daha uyğun, çağdaş zövqə xitab edən pastel rəngli xalçalar da təqdim olunub.

 

Sərgini nəzərə alaraq, kənd qadınlarının səlahiyyətlərinin artırılması məqsədi ilə ABŞ-nin paytaxtı Vaşinqtonda elan olunmuş “Qadın tarixi ayı” çərçivəsində şəhər meri Mayor Bouzer 27-31 mart tarixlərini “Azərbaycan kənd qadınlarının gücləndirilməsi və səlahiyyətlərin artırılması həftəsi” elan edib. Bunu təsdiq edən sənəd rəsmi şəkildə “Azərxalça”nın nümayəndələrinə təqdim olunub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?