Aptekdə çaytikanı adı altında günəbaxan yağı satılırmış

20:05 28-03-2023 | icon 416 | Hadisə
Aptekdə çaytikanı adı altında günəbaxan yağı satılırmış

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağının satıldığını aşkarlayıb.

 

Versus.Az xəbər verir ki, bu barədə AQTA-dan məlumatında bildirilir.

 

Agentlik əməkdaşları Gəncə şəhəri, Atatürk prospekti, ev 237/7 ünvanında yerləşən “Şəfa-Farm” firmasına məxsus aptekdə keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğunu aşkarlayıb. Baxış zamanı SEL MMC tərəfindən istehsal olunan UM və “Şəfa” əmtəə nişanlı bitki mənşəli çaytikanı yağının qablaşdırılmasında həqiqətə uyğun olmayan məlumatların göstərildiyi, məhsulun saxlanma müddətinin normativ sənəddə 12 ay göstərilməsinə baxmayaraq, etiket məlumatında 3 il qeyd olunduğu, eyni zamanda məhsulun istifadə təlimatları haqqında məlumatların qeyd olunduğu içlik vərəqələri ilə təmin edilmədiyi məlum olub.

 

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələrin nəticələrinə əsasən satışı həyata keçirilən bitki mənşəli yağın çaytikanı deyil, günəbaxan yağı olması müəyyən edilib.

 

Faktla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb, adıçəkilən bitki məhsulunun satışının dayandırılması ilə bağlı qərar qəbul edilib, uyğunsuzluqların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM