“İranın aqressiyası bir müddətdən sonra öz əleyhinə işləyəcək”-təhlil

18:44 06-04-2023 | icon 216 | Geopolitika
“İranın aqressiyası bir müddətdən sonra öz əleyhinə işləyəcək”-təhlil

 

“İran 30 ildən artıqdır ki, Azərbaycana qarşı ideoloji kəşfiyyat işləri aparır. Məqsəd  Azərbaycan dövlətini zəiflətmək və burada İran rejiminə uyğun siyasi sistem formalaşdırmaqdır”. 

 

Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə İran-Azərbaycan münasibətlərindəki gərginlik, deputat Fazil Mustafaya  edilən sui-qəsddə İranın cəsus izlərinin tapılması, İsrail -Azərbaycan münasibətlərinin yaxşılaşmasını din adı altında həzm etməməsi və parlamentə Azərbaycana qarşı bəyanatın qəbul olunması kontekstdə açıqlamasında bildirib.

 

M.Əsədullazadə bildirib ki, İran Azərbaycanı zəiflətmək üçün burada “5-ci kolon”unu formalaşdırmağa çalışıb və buna da müəyyən dərəcədə nail olub.

 

“II Qarabağ müharibəsindən sonra İranın düşmənçiliyini açıq müstəvidə müşahidə elədik. 44 günlük savaşdan sonra İran Azərbaycana hərbi, siyasi təzyiqlər etməklə, Azərbaycanın yeni yaratdığı geosiyasi reallıqları qəbul etməməklə, Azərbaycanın narahatlığını xüsusilə qabardı. İranın məqsədi ondan ibarətdir ki, Şimali Azərbaycanda güclü respublika olmasın. Çünki bu güney Azərbaycan üçün bir mayakdır. Ona görə də din məshəbi altında çalşır ki, burada dini sistemi İranın Ali dini rəhbərinin fətfasına tabe etsinlər. Göründüyü kimi buna da müəyyən mənada nail olublar”.

Ekspert Azərbaycan təhlükəsizlik orqanlarının artıq bu prosesi neytrallaşdırdığını,  İranın dayaqlarına ciddi zərbələr vurduğunu və  bununla da təhlükəszliyimizin daha da gücləndirdiyini bildirib.

 

“İran çalışrdı ki, Azərbaycanın əraziləri işğal altında qalsın. Türkiyənin Cənubi Qafqazda, Mərkəzi Asiyada geosiyasi mövqeyinin daha da güclənməmısi üçün  Zəngəzur dəhlizinin açılmamasına imkan vermir. Bu xüsusda İran bütün ssenarilərə əl atır”.

 

Ekspertin fikrincə, Tehranda səfirliyimizə, daha sonra deputat Fazil Mustafaya qarşı törədilən terror aktı Azərbaycan dövlətinin gücünü sarsıtmaq, xalqı qorxutmaq üçün bəzi dairələrə veriləm mesajdır.

“Bu, SEPAH-ın apardığı ideoloji işin tərkib hissəsidir. Terror İran molla rejiminin əsas strategiyasının tərkib hissəsidir. Amma hesab edirəm ki, Azərbaycan tərəfi bundan qəti şəkildə naharahat olmayacaq və biz bu xüsusda İranın bütün qeyri konstruktiv siyasətinin qarşısını alırıq”.

M.Əsədullazadə İran parlamentinin Azərbaycana qarşı bəyanatını əxlaqdan kənar, qeyri-konstruktiv mövqe kimi dəyərləndirib. Onun sözlərinə görə İranın bu bəyanatının hər hansı siyasi, hüquqi əsası yoxdur.

“Bu bəyanat İrana qarşı verilməlidir. İran Azərbaycanla böhranda maraqlıdır, İsrail Azərbaycan arasında əməkdaşlıq İran əleyhinə deyil. İran İsraili bəhanə edir. Bu gün İranın bütün fəaliyyəti Cənubi Qafqazda destabilizasiyaya xidmət edir.   SEPAH bu gün “Hüseyniyə” və digər terror qruplaşmaları yaratmaqla Azərbaycan dövlətini, xalqını təhdid edir. Hesab edirəm ki, Azərbaycan bu məsələdə tək deyil, Türkiyə, Böyük Britaniya, ABŞ Azərbaycanı bu xüsusda dəstəkləyir. Proseslər Azərbaycanın lehinə formalaşır. İranın aqresiyası bir müddətdən sonra öz əleyhinə işləyəcək.İran-Azərbaycan əlaqələri geri dönməz xarakter alıb və bu böhran Tehrandan qaynaqlanır”.

 

Ləman

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ