"İrandan Azərbaycanın daxili işlərinə qarışmaq, siyasi suverenliyinə, müstəqilliyinə hərmətsizlik"

13:48 06-04-2023 | icon 154 | Geopolitika
"İrandan Azərbaycanın daxili işlərinə qarışmaq, siyasi suverenliyinə, müstəqilliyinə hərmətsizlik"

 

 

İran parlamentinin Azərbayacan əleyhinə bəyanatını qərəzli hesab edirəm. Bu, normal qonşuluq münasibətlərinə sığmayan siyasi aktdır.

 

Versus.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli İran parlamentinin İsraildə səfirlik açdığımız üçün 210 səslə ölkəmiz əleyhinə bəyanat qəbul etməsi ilə açıqlamasında bildirib.

 

Politoloq bu bəyatatı Azərbaycanın daxili işlərinə qarışmaq, siyasi suverenliyinə, müstəqilliyinə hərmətsizlik kimi qəbul etdiyini bildirib.

 

“Azərbaycanın İsraildə səfirlik açmasının İrana nə aidiyyatı var.Bu günə qədər İran Azərbayacan torpaqlarını işğal edən bir dövlətlə nəinki əlaqələr qurub, diplomatik münasibətlər yaradıb, bu dövlətə həm siyasi, həm diplomatik, həm mənəvi, təhlüksəzilik nöqteyi -nəzərdən ciddi dəstək verib. Belə bir siyasət yürüdən dövlətin durub Azərbaycanı İsraillə münasibətlərə görə ittiham etməsi absurddur, heç bir məntiqə sığmır. Hesab edirəm ki, İran parlamentinin bu qərarı onsuz da iki ölkə arasında olan problemli münasibətləri daha da gərginləşdirməyə xidmət edir”.

 

Qeyd edək ki, məlum bəyanatda İsraildə səfirliyin açılması “məzlum fələstinlilərin fundamental hüquqlarının pozulması” kimi qələmə verilib və bütün müsəlman ölkələri, habelə İslam Əməkdaşlıq Təşkilatı Bakının bu addımını qınamağa çağırılıb.

Eyni zamanda Bəyanatda bildirilir ki, bu faktın “Azərbaycan üçün çoxlu mənfi siyasi nəticələri olacaq”. İran XİN-ə bununla bağlı “zəruri addımlar” atmaq tövsiyə edilib.

 

Politoloq qeyd edib ki, bəyanatda səslənən bu fikirlər Fələstin məsələsinin istismarı kimi səciyyələndirilə bilər. Heç bir əsası yoxdur. 

 

“Artıq İsrail vaxtilə gərgin münasibətdə olduğu bir çox ərəb ölkələri diplomatik əlaqələr qurub və öz səfirliklərini açıblar. Və Azərbaycanın da İsraildə səfirlik açmasında mənfi nəticələr gözlənilmir.  Eyni zamanda Azərbaycan hər zaman Fələstin probleminə, Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququna hörmətlə yanaşıb və beynəlxalq müstəvidə dəstək verib.  Bu gün də iki dövlətin qurulması əsasında İsrail-Fələstin problemi ideyasının həllini müdafiə edir. Azərbaycan xarici işlər naziri İsrailə gedərkən, eyni zamanda Fələstində də oldu, rəsmilərlə görüşlər keçirdi. Yəni, Azərbaycan həmişə çalışır ki, bu məsələdə müəyyən bir balans saxlasın. Ona görə də İranın riyakar mövqeyi səmimi fikirlərdən doğa bilməz. Bunun hər hansı ciddi beynəlxalq nəticələr doğuracağı da gözlənilmir”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ