“Ermənistanı Suriya variantı gözləyir”

18:56 12-04-2023 | icon 265 | Qarabağ
“Ermənistanı Suriya variantı gözləyir”

Elxan Şıxəliyev: “Avropa İttifaqına demək istəyirlər ki, sülh sazişinə getmək üçün şərait yoxdur"

 

“Laçın rayonun Gorusla kəsişdiyi istiqamətdə sərhədlərimizin bərpası ilə bağlı görülən mühəndis işləri zamanı erməni hərbçiləri  sərhədlərimizi  atəşə tutmaqla pozub. Ermənilər Azərbaycan tərəfini cavab atəşi açmağa təhrik edib”.

 

Versus.az xəbər verir ki, bunu hərbi ekspert Elxan Şıxəliyev Ermənistan hərbi qüvvələrinin sərhəddə Azərbaycan tərəfini atəşə tutması və gərginliyi davam etdirmə səbəblərini təhlil edərkən bildirib. Ekspert Ermənistanla şərti sərhəddə yaranan hərbi münaqişənin təsadüf olmadığını, 44 günlük müharibədən sonra dəfələrlə belə təxribatlar törədildiyini deyib.

 

E.Şıxəliyev bildirib ki, son erməni təxribatı nəticəsində 10 nəfərə yaxın sərhəd pozucusu -4 -ü məhv edilməklə, 6-sı müxtəlif yaralarla zərərsizləşdirilib. O, qeyd edib ki, Gorus istiqamtində əməliyyat bölgəsinə cavabdeh olan korpus komandiri, polkovnik Gözəlyan da  atdığı atəşin cavabını alıb. Erməni təxribatı nəticəsində Azərbaycan tərəfindən də şəhid və yaralılarımız var.

 

Ekspert hesab edir ki, Ermənistanın şərti sərhəddəki təxribatlarının Avropa İttifaqının Ermənistandakı missiyasına, Rusiya və İranın məqsədlərinə xidmət edən niyyətləri var: 

 

“Bunlar Avropa İttifaqına demək istəyir ki, sülh sazişinə getmək üçün şərait yoxdur, çünki atəşkəs pozulur, hərbçilər yaralanır, məhv edilir. İrana mesaj verir ki, təhlükəsizliyimizin təminatında problemlər var, kömək edin. Bir tərəfdən də Rusiyanın KTMT-nin qüvvələrini cəlb etməyə cəhd edir. Bütün bu qarışıq mövqelər Ermənistanın sülh sazişinin bağlanmaması və zamanı uzatmaq üçün atdığı təxribatçı addımlarıdır. Ermənistan ona görə sülh sazişini imzalamaq istəmir ki, sərhədlərimizi tanımalıdır,  demorkasiya, delimitasiya prosesi başa çatmalıdır. Sırf bundan yayınmaq üçün hər zaman bu kimi təxribatçı addımları atırdılar, bundan sonra da atacaqlar”.

 

Ekspert bildirib ki, Azərbaycan  bu təxribatlara adekvat cavab verərək birtərəfli qaydada olsa da şərti sərhədlərimizi müəyyənləşdirəcək. Onun fikrincə, siyasilər bu demorkasiya, delimitasiyanı anlaşma ilə həll etməyəcəksə, o zaman hərbçilər prosesə silahları ilə müdaxilə edəcək:

 

“Ermənistanın bizimlə müharibə eləməyə gücü yoxdur, amma İranı bizim üzərimzə təhrik edirlər. İran özü də bu qarışıq dönəmdə öz qüvvələrini regiona cəlb etməkdə maraqlıdır. İran propsi qüvvələrlə Ermənistan silahlı qüvvələrin silahlandırılmasında yardımçı olmağa və yaxud diversiya qruplarının hazırlanmasında mütəxəssislər kimi iştirak etməyə çalışır və edir. Formasını dəyişib Ermənistanın hərbi formasını geyinən qeyri-qanuni hərbçiləri var. Ermənistanda Avropa İttifaqının missiyası, Rusiyanın FZB-si, 102-ci bazanın hərbi gücü var. Bu müxtəlif istəklər üzərində Ermənistna o qədər güc toplayırlar ki, Ermənistan bunu qaldıra bilməyəcək. Müxtəlif hərbi, siyasi istəkləri olan qüvvələrin güclərinin bir respublikanın ərazisində cəmləşməsi Ermənistana Suriya variantını vəd edir. Ona görə də ermənilərin lokal atəşkəs pozuntuları ilə ərazilərimizə müdaxilə etmələrini, hərbçilərimizin üzərinə atəş açmalarını gözləməliyik. Çalışmalıyıq ki, itkilərimiz olmasın. Bütün hallarda Ermənistan konstruktiv davranmalıdır. Ermənistan bir az öncə sülh mesajları verməli, silahlı qüvvələrini ərazilərimizdən çıxarmalıdır. Bundan sonra bu coğrafiyada bizim siyasi istəklərimiz tamamlanmış olacaq”. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq