“Ermənistan bu təxribatlarla siyasi hədəflərinə çatmaq istəyir”

18:59 12-04-2023 | icon 304 | Qarabağ
“Ermənistan bu təxribatlarla siyasi hədəflərinə çatmaq istəyir”

Şair Ramaldanov: "Yaxın zamanlarda müəyyən addımların nəticələrini görəcəyik"

 

Ermənistan hərbi qüvvələrinin Laçın istiqamətindən  sərhəddi pozaraq bölgədə hərbi münaqişənin alovlanmasına etdiyi cəhdlərin qarşısı cavab atəşi ilə susdurulsa da, ərazidə gərginlik qalmaqdadır.  Sərhəddə Avropa missiyası olan və növbəti danışıqların ABŞ-da keçirilməsinin gözlənildiyi bir vaxtda Ermənistan belə təxribatlarla nəyə nail olmağa çalışır, özünü kimə göstərir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən hərbi ekspert Şair Ramaldanov bildirib ki, erməni hərbi siyasi rəhbərliyi təxribatlar törətməklə özünün siyasi hədəflərinə çatmaq istəyir:

 

“Ermənistan bunun üçün atəşkəsi pozur, hansısa istiqamətlərdə təxribatları törədərək vəziyyətin şərginləşməsinə çalışır. Son zamanlar belə təxribatların olması ermənilərin siyasi hədəflərinə çatması üçün münbit şərait yaradılmasına xidmət edir. Çünki artıq ABŞ-da  sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlara başlanır, digər tərəfdən sülhün bağlanması üçün Azərbaycan tərəfindən ciddi lokal addımlar atdı. Laçın -Xankəndi yolunda yüksəkliklərin nəzarətə götürülməsi ilə  aparılan əməliyyatlar Ermənistandan Azərbaycan ərazisinə daşınan silah-sursatın, şəxsi heyətin qarşısının alınması ilə nəticələndi. Azərbaycan Ali Baş Komandanı, cənab Prezident  tərəfindən Laçın istiqamətində sərhəd buraxılış məntəqələrinin, gömrük xidmətinin  yaradılması fikirlərinin səslənməsi də ermənilərin buna təxribatla cavab verməsinə səbəb ola bilər”.

 

Ekspert hesab edir ki, erməni təxribatları, həmçinin sülh müqaviləsi, üçtərəfli bəyannamədən irəli gələn bəndələrin yerinə yetirilməsindən fikri yayındırmaq məqsədi daşıyır:

 

“Ermənilər bu təxribatla heç bir nəticə əldə edə bilməyəcək. Amma siyasi hədəflərə nail ola biləcəklər. Çünki vəziyyəti gərginləşdirməklə yeni oyunçuların bu regiona daxil olmasına, gərginlik fonunda KTMT-ni regiona cəlb etmək, Rusiyanın fəaliyyətsizliyi ilə bağlı bəyanatlar verib Avrropa İtifaqı missiyasının əhəmiyyətini qaldırmağa şərait yaradırlar”.

 

Ş.Ramaldanov hesab edir ki, ermənilərin nə istəməsindən, hansı hiylələr işlətməsindən asılı olmayaraq Azərbaycan ordusu əməliyyat şəraitini nəzarət altında saxlayaraq adekvat addımlar atmağa davam edir və bundan sonra da qəti addımlarını atacaq. O, bildirib ki, Azərbaycan ordusu təxribatın nəticələrinə görə cavab tədbiri görəcək. Biz yaxın zamanlarda müəyyən addımların nəticələrini görəcəyik.

 

Ekspert həmişə olduğu kimi Ermənistanın öz itkilərini gizlətməyə çalışdığını qeyd edib:

 

“Ermənistan hər təxribatdan sonra ilkin məlumatda itkilərinin sayını az göztərir, bir müddətdən sonra bu itkilərin çoxalması ilə nəticələnən məlumatların yayıldığ  müşahid olunur. Ermənistanın cəmiyyətinin itkilərə münasibətini nəzərə alsaq sadə insanlar müharinədən qorxurlar.  Bu xəbərlər Ermənistanda narazılığı yaratmasın deyə itkiləri gizlədilir”.

 

Ş.Ramaldanov hesab edir ki, necə ki, Azərbaycan-Ermənistan arasında sülh bağlanmayıb, necə ki, Ermənistan vəziyyətin gərgin saxlanılmasında maraqldır, belə təxribatları gözləməliyik. Ancaq Azərbaycanın cavabı daha sərt olacaq. Əgər hər hansı bir təhlükə yaranarsa Azərbaycan dərhal cavab addımını atacaq. (hafta.az)

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq