Fransanın sərsəm bəyanatı...

13:16 13-04-2023 | icon 253 | Geopolitika
Fransanın sərsəm bəyanatı...

 

Fransa növbəti dəfə ənənəvi ermənipərəst mövqedən çıxış edib. Belə ki, bu ölkənin Xarici İşlər Nazirliyi 11 apreldə Laçın istiqamətində ermənilərin təxribatı nəticəsində yaranan insidentlə bağlı Azərbaycana qarşı yalançı və əsassız bəyanat yayıb.

 

Versus.az xəbər verir ki, politoloq Turan Rzayev bəyanatda əks olunan bəzi məqamlar diqqət çəkir:

 

Bildirib ki, bu bəyanatla Fransa tərəfləri danışıqlar yolu ilə delimitasiya prosesini dəstəkləməyə çağırıb, eyni zamanda Ermənistanı müdafiə edən, Azərbaycanı işğalda ittihamlayan çıxışlara yer verib.

 

Belə ki, Fransa Ermənistanın “ərazi bütövlüyünə hörmət” və Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinin Ermənistan tərəfindəki “işğal olunmuş mövqelər”dən çıxarılmasını gələcək insidentlərin qarşısının alınması və regionda davamlı sülh üçün “vacib” hesab edib.

 

"Halbuki insident Aprelin 11-i bilavasitə Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə hücum etməsi nəticəsində baş verib. Fransa tərəfi isə ədalətsiz şəkildə bəyanatında Azərbaycana mesaj ünvanlayıb".

 

Bəyanatda  Fransa sərhədin Ermənistan tərəfində yerləşdirilmiş, gərginliyin azaldılmasında “əsas rol oynayan” Aİ müşahidə missiyasının fəaliyyətini tam dəstəklədiyini vurğulayıb.

 

"Halbuki son zamanlar Ermənistan hakimiyyətinin ritorikasını sərtləşdirməsi, irəli sürülən bütün təşəbbüşləri bloklaması və Azərbaycana qarşı əsassız iddialarla çıxışlar etməsi məhz Aİ-nin missiyası ilə bağlıdır. Sirr deyil ki, Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Ermənistan bu missiyanı öz təcavüzkar siyasətinin bir hissəsinə çevirir.

Nəticə etibarilə Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib. Rəsmi Parisin mövqeyini qərəzli edən əsas məqam isə şübhəsiz 25 ilə yaxın müddətdə Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməməsi münaqişənin həllində çalışmamasıdır".

 

Ləman

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ