“Özbaşınalıq edərək Azərbaycan ərazilərinə giriblər"

16:14 13-04-2023 | icon 254 | Geopolitika
“Özbaşınalıq edərək Azərbaycan ərazilərinə giriblər"

Əli Mustafa: “Bu bəyanat Azərbaycan əleyhinə beynəlxalq ictimai fikri formalaşdırmaq cəhdidir”

 

“Bu cür qərəzli, yalan dolu bəyanat bir daha onu sübut edir ki, Fransa bir qayda olaraq işğalçının, separatizmi yaradan Ermənistanın yanındadır.

 

Versus.az  xəbər verir ki, bunu hüquqşünas Əli Mustafa Fransanın Azərbaycana qarşı yaydığı bəyanatla bağlı açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Fransa İranla koordinasiyalı formada Ermənistana dəstək olur, onu müdafiə edir:

 

“Fransa indi də Ermənistan-Azərbaycan şərti sərhəddində baş verən hadisələri  öz maraqları çərçivəsində qiymətləndirməyə çalışır. Belə bir təəssürat yaratmağa çalışırlar ki, təqsirkar Azərbaycan tərəfidir, guya sərhədləri keçən, Ermənistanın “ərazi bütövlüyünü” pozan Azərbaycandır. Çox absurd və riyakar bir yanaşma ilə beynəlxalq aləmdə Azərbaycan əleyhinə ictimai rəyi hazırlamaq niyyətini güdürlər. Hesab edirəm ki, bu bəyanat Azərbaycan əleyhinə beynəlxalq ictimai fikri formalaşdırmaq cəhdidir”.

 

Ə.Mustafa Azərbaycan Xarici İşlər Nazirliyinin haqlı arqumentlərlə çıxış etdiyini və Fransanın guya narahatlıq ifadə etdiyi ərazilərin Azərbaycan əraziləri olduğunu bir daha “erməni bacılarına” anlatdığını önə çəkib:

 

“Ermənilər qanunsuzluq, özbaşınalıq edərək Azərbaycan ərazilərinə girib. İndi də Azərbaycan yavaş-yavaş vaxti ilə iki dövlət arasında olan sərhəd xəttinə çıxır və mövqelərini gücləndirir. Yəni məsələyə obyektiv baxış olsaydı, Fransa Ermənistanı qınamalı və separatçlığa son qoymağa çağırmalı idi”.  

 

Hüquqşünas hesab edir ki, burda Avropa missiyasının da bir rol oynamadığı ortaya çıxdı:

 

“Baş verən hadisələr onu göstərdi ki, əslində bu missiya da bir işə yaramır. Görünür, Fransa bu istiqamətdəki yarıtmaz fəaliyyətini ört-basdır etməyə çalışır. Bütün hallarda Fransa kimin yanında olduğunu bir daha bəyan etdi. Bu Fransanın ermənipərəst, yalançı, qərəzli bir dövlət olduğunu ortaya qoymaqla onun imicinə ziyan vuran növbəti bir addımdır”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ