"Fransanın Azərbaycanı nədəsə günahlandırmağa mənəvi haqqı çatmır"

16:06 14-04-2023 | icon 405 | Geopolitika
"Fransanın Azərbaycanı nədəsə günahlandırmağa mənəvi haqqı çatmır"

 

 

 

“Fransanın Ermənistanı dəstəkləyən 12 aprel tarixli bəyanatı birbaşa erməni təxribatlarını stimullaşdırmağa hesablanıb. Belə ki, məlum bəyanat təxribatçını deyil, təxriba cavab verən tərəfi hədəfə alır ki, bu da faktiki olaraq erməni tərəfi təxribatları davam etdirməyə həvəsləndirmək deməkdir”.

 

 

Versus.az xəbər verir ki, bunu  politoloq Rəşad Bayramov Fransanın Azərbaycana qarşı yaydığı bəyanatla bağlı açıqlamasında bildirib.

 

Politoloq hesab edir ki, əslində bu məsələdə Fransadan başqa bir şey gözləməyə də dəyməz.

 

“Onların Azərbaycan qarşı qərəzli və ədalətli olmayan mövqe sərgiləməsi, ermənidən də çox ermənipərəst mövqedən çıxış etdikləri məlumdur. Hər kəs rəsmi Parisin 25 ilə yaxın müddətdə münaqişənin həllində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə göz yumaraq onlara dəstək verdiyini yaxşı bilir. Həmin müddət ərzində Fransa bir dəfə də olsun Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistana “Azərbaycanın ərazi bütövlüyünə hörmət et və qoşunlarını işğal olunmuş ərazilərdən çıxar” demədi. Bu da azmış kimi Qarabağ savaşındakı zəfərimizdən sonra Fransa Senatı separatçıların elan etdiyi ‘‘Dağlıq Qarabağ Respublikası’’nı tanıyan qәtnamә qәbul etdi. Daha sonra da Fransa senatı və Milli Assambleyası tərəfindən ölkəmizə qarşı dəfələrlə müxtəlif Qətnamələr qəbul olundu. Bütün bunlar rəsmi Parisin Ermənistanla Azərbaycan arasında olan münasibətlərin normallaşmasında, eləcə də regionda sülhdə maraqlı olmadığının bariz sübutudur”.

 

 

R.Bayramov Azərbaycanı işğalçı və təcavüzkar kimi təqdim etməyə çalışan Fransanı əvvəlcə çevrilib öz tarixinə nəzər salmağı tövsiyə edib. Bildirib ki, dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edərək sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan, habelə insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri törətmiş Fransanın Azərbaycanı nədəsə günahlandırmağa mənəvi haqqı belə çatmır.

 

“Azərbaycan Xarici İşlər Nazirliyi haqlı olaraq bilidirib ki, "Üçtərəfli bəyanata və Fransa Prezidentinin də iştirakçısı olduğu Praqa görüşünün nəticələrinə uyğun olaraq Ermənistanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırmayan, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini çıxarmağı Ermənistandan tələb etməyən Fransa tərəfinin birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu bəyanatda bildirməsi Fransanın ölkəmizə qarşı qərəzinin nümunəsidir”.

Düşünürəm ki, rəsmi Parisin Ermənistanı növbəti təxribatlara təhrik edən, revanşist qüvvələrə dəstək verən bu kimi mövqeyinə görə Fransaya rəsmi olaraq etiraz notası verilməli və eləcə də Fransadakı Azərbaycan diasporu təmsilçilərimizin etiraz aksiyaları təşkil edilməlidir”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI