“Niyə qız kimisən?”

18:40 14-04-2023 | icon 262 | Təhsil
“Niyə qız kimisən?”

Bakıda müəllimdən şagirdə bullinq

 

Bakı şəhərində məktəbdə uşağa qarşı bullinq (bir və ya bir qrup uşağın başqa bir uşağa qarşı bilərəkdən dəfələrlə nümayiş etdirdiyi qərəzli və aqressiv davranış forması – red.) edildiyi iddia olunub.

 

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

 

Bildirilib ki, 225 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi daimi olaraq məktəbin müəllim heyəti və məktəblilər tərəfindən ayrı-seçkilik görür.

 

İddia edilib ki, şagird gender və cinsi oriyentasiyası haqqında heç kimə bəyan etməsə də, qızlarla dostluq etməsi, saçını ortadan ayırması və söyüş söyməməsi məktəb heyəti və məktəblilərdə ona qarşı qıcıq yaradıb.

 

Şagird özü qeyd edib ki, oxuduğu məktəbin coğrafiya müəlliməsi Sevda İsmayılova davamlı olaraq sinifdə “niyə qız kimisən?”, “bir az ciddi - kişi kimi ol”, “qızbibi” və sair kimi ifadələr işlədərək onu sinif yoldaşlarının yanında alçaldır.

 

O əlavə edib ki, sinif otağını tərk edərkən yıxılıb və dəhlizdə huşunu itirməsinə rəğmən, heç kim ona yardım etməyib.

 

Məsələ barədə 225 nömrəli tam orta məktəbi ilə əlaqə saxladıq.

 

Məktəbdən bildirilib ki, məktəbin X və XI siniflərinin şagirdləri (müvafiq səbəbdən adları qeyd olunmur) arasında anlaşılmazlıq zəminində mübahisə yaranıb:

 

“Məktəb rəhbərliyi tərəfindən hər iki şagird və valideynləri ilə müvafiq söhbət aparılıb, sinif rəhbərlərinə diqqətli olmaları tövsiyə edilib. Məktəb psixoloqu tərəfindən də şagirdlərlə söhbət aparılıb. Müəllimin şagirdlə danışığına dair qeyd edilənlərlə bağlı müəllimdən izahat alınıb və xəbərdarlıq olunub. Müəllimə şagirdə qarşı münasibətdə həssas davranmaq tövsiyə edilib”.

 

“Şagirdin sinif otağını tərk edərkən huşunu itirməsi iddiası yanlışdır, belə bir hal baş verməyib”, - deyə təhsil müəssisəsindən vurğulanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ