Minatəmizləmə ilə bağlı son vəziyyət

14:51 17-04-2023 | icon 349 | Müharibə
Minatəmizləmə ilə bağlı son vəziyyət

“Ötən dövr ərzində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin ümumilikdə 38 726 hektarı minadan təmizlənib”.

 

“Report” xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

 

E.Hüseynovun sözlərinə görə, bu, təmizlənməli olan ərazinin 16,4%-dir:

“Çirklənmiş ərazi o qədər çoxdur ki, iki il yarım ərzində yalnız bu qədər ərazi təmizlənib. Bu zaman isə 57 876 mina və partlamamış hərbi sursat aşkar edilib. Müxtəlif rayonlarda bu göstərici fərqlidir. Təbii ki, Ağdam bu məsələdə öndə gedir. Ağdamın 27,5%-i, Füzulinin 25%-dək hissəsi, Tərtərin16,7 %-i, Xocavəndin 5,1%-i, Xocalının isə 15,8%-i minalardan təmizlənib. Sual oluna bilər ki, niyə Xocalıda bu qədər yüksək göstərici var. Çünki Xocalının cəmi 6 kəndi bizim nəzarətimizdədir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq