Şərurda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi...

18:21 17-04-2023 | icon 204 | Cəmiyyət
Şərurda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi...

 

Şərur rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

 

Bu barədə Versus.az-a Baş Prokrurorluqdan  məlumat verilib

 

Versus.az xəbər verir ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq aprelin 17-də Şərur rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

 

Konfransda Şərur, Kəngərli və Sədərək rayon prokurorluqlarının əməkdaşları, hüquq mühafizə və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

 

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad edib.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Şərur rayon prokuroru Xalid Ağayev Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərinə dair “Heydər Əliyev - müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı” mövzusunda çıxış edib.

Konfransda Kəngərli rayon prokuroru Talıb Məmmədov “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”, Sədərək rayon prokuroru Vahid Mustafayev “Azərbaycan gəncliyində Ulu öndər Heydər Əliyevin rolu” və Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının sədri Əmir Babayev “Ulu öndər Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” mövzularında çıxış edib.

Tədbir iştirakçıları Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşəbbüsü ilə hazırlanmış “Heydər Əliyev salnaməsi – Qanun naminə” adlı filmə baxıb.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq