800 min dollarlıq İDDİA

14:03 19-04-2023 | icon 241 | Cəmiyyət
800 min dollarlıq İDDİA

Deputat məhkəməyə çağırıla bilər

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyevin məhkəmə prosesi keçiriləcək.

 

Bu gün saat 14.30-da hakim Fərid Namazovun sədrliyi ilə baş tutacaq prosesdə zərərçəkən tərəf Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Möhbalıyev barəsində vəsatət qaldıracaq. 

 

Bu barədə “Qaynarinfo”ya iş üzrə zərərçəkən şəxsin nümayəndəsi Aslan İsmayılov bildirib.

 

Onun sözlərinə görə, istintaq zamanı Nadir Əliyev aldığı pulları Səttar Möhbalıyevə verdiyini deyib. 

 

“Mənim iştirakımla müdafiə etdiyim şəxslə Nadir Əliyevin üzləşmə prosesi olub. Həmin vaxt Nadir Əliyev açıq şəkildə bildirib ki, müdafiə etdiyim şəxsdən aldığı pulları Səttar Möhbalıyevə verib. Bu halda Səttar Möhbalıyev də istintaq cəlb olunmalı idi. Amma bu baş verməyib. Ona görə də mən vəsatət qaldıraraq onun məhkəmə istintaqına cəlb olunmasını tələb edəcəyəm”, - deyə Aslan İsmayılov bildirib.

 

Hüquqşünas əlavə edib ki, dəymiş zərər 800 min dollardır:

“Müdafiə etdiyim şəxsə Gəncə və Göygöldə stadion satıblar. Amma sonradan stadion müdafiə etdiyim şəxsin əlindən alınıb. Onun pulunu isə hələ qaytarmayıblar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq