Tələbə Basketbol Liqasında finalçılar müəyyənləşib

18:33 19-04-2023 | icon 266 | İdman
Tələbə Basketbol Liqasında finalçılar müəyyənləşib

“TamGənc” Tələbə Basketbol Liqasında finalçılar müəyyənləşib

Versus.az xəbər verir ki, 19 aprel tarixində ABB-nin sponsorluğu ilə Azərbaycan Texniki Universitetinin idman zalında “TamGənc” Tələbə Basketbol Liqasının yarımfinal oyunları baş tutub.

 

İlk yarımfinal qarşılaşmasında Azərbaycan Texniki Universitetinin (ATU) komandası, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) komandasına 114-60 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb.

 

İkinci yarımfinal görüşündə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandası, Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) komandasına 102-82 hesabı ilə qalib gəlib və ikinci finalçı olub.

Qeyd edək ki, "TamGənc" Tələbə Basketbol Liqasında 21 aprel 3-cü yer uğrunda görüş (ADİU -ADNSU),

23 aprel isə final oyunu (ATU-ADBTİA) baş tutacaq.

 

 

Pəri

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122