Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana ekstradisiya edilib

18:41 19-04-2023 | icon 293 | Hadisə
Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana ekstradisiya edilib

 

Beynəlxalq axtarışa verilmiş şəxs Moldovadan Azərbaycana ekstradisiya edilib

 

Versus.az xəbər verir ki. Baş Prokurorluğun vəsatəti əsasında Moldovanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Babək Sultanovun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.

 

Belə ki, Qazax rayon polis şöbəsində istintaq olunan cinayət işi üzrə Babək Sultanovun qabaqcadan əlbir olduğu bir qrup şəxslə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlaması və daşımasına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib.

Babək Sultanov Moldova Respublikası ərazisində saxlanılaraq

aprelin 19-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122