"Qarabağın inciləri" - Pazl oyununun QALİBLƏRİ

18:44 19-04-2023 | icon 285 | Cəmiyyət
"Qarabağın inciləri" - Pazl oyununun QALİBLƏRİ

Qarabağ Dirçəliş Fondu tərəfindən keçirilən işğaldan azad olunan ərazilərimizdəki mədəni-tarixi abidələrimizin təsvirlərindən ibarət “Qarabağ inciləri” (https://abidelerpuzzle.qdf.az/) pazl yarışmasına yekun vurulub.

 
 
 
Fonddan Versus.Az-a verilən məlumatda bildirilir ki, iştirakçılar aprelin 8-dən başlayaraq xüsusi olaraq hazırlanan və rəmzi məna daşıyan “Qarabağın inciləri” pazl oyununda Qarabağın möhtəşəm abidələrini - Zöhrabbəyovların Şuşadakı evi, Ağdam Çörək Muzeyi, Ağdam Cümə Məscidi, Pənahəli xanın sarayı (İmarət), Qarğabazar karvansarası, Şuşa qalası, Ağdam Çay Evi, Molla Pənah Vaqifin türbəsi və Ağdam Dram Teatrının binasını virtual olaraq bərpa etmək üçün yarışıblar.
 
 
 
Yarışın yekununda ən çox xal toplayan 10 nəfər – Məfkurə Həsənova, Fidan Əsədli, İsa Məmmədov, Ruhiyyə Rəhimova, Məhəmməd Bağışov, Əli Bağışov, Günel Babaşova, Fariz Hüseynli, Aygün Eyyubova və Ləman Əlizadə qalib seçilib.
 
 
Qaliblərə Qarabağ Dirçəliş Fondu tərəfindən hazırlanan “Incredible Karabakh” kolleksiyasından t-shirt hədiyyə olunub.
 
 
Qarabağın özəlliyini, ona xas mədəniyyət incilərini təşviq etmək niyyəti ilə hazırlanan “Incredible Karabakh” kolleksiyasından olan t-shirtlərin üzərində Qarabağın ayrı-ayrı bölgələrinə xas olan simvollar – Vətən müharibəsində qələbəmizin rəmzinə çevrilən Xarı-bülbül, möhtəşəm Şuşa və Əsgəran qalaları, məğrurluq və cəsarətlilik simvolu sayılan Laçın quşu, Kəlbəcərin əzəmətli dağları, şöhrəti dünyaya yayılmış Qarabağ atı, görkəmli şair və filosofumuz Füzuli, xalqımızın milli sərvəti olan Xudafərin və Laləzar körpüləri, Zəngilanın məşhur Çinar ağacı, Xankəndinin əsasını qoyan İbrahimxəlil xan, qədim yaşayış düşərgəsi olan Azıx mağarası kimi rəmzlərimiz təsvir olunub.
 
 
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində torpaqlarımızın bir hissəsini işğal edən Ermənistanın hərbi birləşmələri şəhər və kəndlərimizlə yanaşı, xalqımız üçün böyük mənəvi dəyəri olan tarixi abidələrimizi də qəddarcasına dağıdaraq məhv ediblər. “Qarabağın inciləri” pazl oyununun yaradılmasında da məqsəd ictimaiyyətin diqqətini Qarabağda ermənilər tərəfindən tarixi abidələrimizin dağıdılmasına yönəltməkdir.
Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu “Qarabağ inciləri” pazl oyununu ilk dəfə keçən ilin 19-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2022) sərgisində təqdim edib.
 
 
Sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanan oyunun yekununda ən çox xal toplayan beş qalibə Qarabağ Dirçəliş Fondu tərəfindən hazırlanan “Incredible Karabakh” kolleksiyasından t-shirt hədiyyə olunub.
Bütün qalibləri təbrik edirik!
 
 
Gəlin, Qarabağı birlikdə daha gözəl bərpa edək!
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq