Məşhur aktrisanın həbs olunması tələb edildi

08:08 20-04-2023 | icon 304 | Şou-biznes
Məşhur aktrisanın həbs olunması tələb edildi

Məşhur türkiyəli aktrisa Hazal Kayaya 2 il 4 ay həbs cəzası istənilib.

 

Buna səbəb təcavüzdə ittiham olunan şəxsi təhqir etdiyi üçün mühakimə olunan aktrisa Ezgi Molaya dəstək verməsi olub.

 

Belə ki, Batman vilayətində yaşayan 18 yaşlı İpek Er adlı qız özünü tapança ilə vuraraq intihar edib. İpek intihardan öncə yazdığı məktubda Musa Orhan adlı hərbçinin ona təcavüz etdiyini iddia edib. Musa Orhana qarşı 12 ildən az olmamaq şərti ilə həbs cəzası tələbi irəli sürülüb və məhkəmə iddiası qaldırılıb.

 

Məhkəmə davam etdiyi müddətdə sosial media istifadəçiləri bununla bağlı tənqidlərini dilə gətiriblər.

 

Həmçinin məşhur türkiyəli aktrisa Ezgi Mola da öz sosial media hesabında bu barədə paylaşım edib. Musa Orhanın vəkili isə aktrisaya qarşı təhqir iddiası ilə ittiham irəli sürüb. Nəticədə Ezgi Molaya xeyli miqdarda pul cəriməsi kəsilib. Hazal Kaya isə Ezgi Molaya dəstək məqsədi ilə bu qərara tənqidi reaksiya verib. Orhanın vəkili bu paylaşıma görə Kayaya qarşı da cinayət işi qaldırıb.

 

Hazal Kaya isə ittihamı qəbul etmədiyini bildirib.

 

“Qadınlara qarşı şiddətin, cinsi istismarın və cinsi zorakılığın qarşısının alınmasında ictimai təzyiqin də əhəmiyyətini bilirəm, ona görə də bir aktrisa kimi hər zaman bu mövzularla bağlı səsimi eşitdirməyə çalışıram.

 

Musa Orhanın şərəfi, ləyaqəti və cəmiyyətdəki nüfuzu ilə bağlı ictimaiyyətə məlum olandan kənar heç nə demədiyim üçün ittihamı qəbul etmirəm”, - deyə Kaya vurğulayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq