Fuad Əliyev bir qrup şikayətçini qəbul edib

08:17 20-04-2023 | icon 297 | Cəmiyyət
Fuad Əliyev bir qrup şikayətçini qəbul edib

Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bir qrup şikayətçini qəbul edib.

 

Versus.Az xəbər verir ki, bu barədə Müstəqil Həmkarlr Biriyinin məlumatında bildirilb.

 

Fuad Əliyev şikayətçilərin müxtəlif  instansiyalara ünvanladıqları şikayət ərizələri ilə tanış olub. Şikayət ərizələri araşdırılarkən, əlillik  qruplarının verilməməsi və bununla yanaşı bir sıra şikayət ərizələrində haqlı narazılıqların əksini tapdığı müəyyən edilib.

 

Belə ki, Birinci Qarabağ müharibəsi veteranı, döyüşlərdə sağlamlığını itirən Sabir Ziyadov əlillik dərəcəsi ala bilmir. Bədənində 5 qəlpə yarası olaraq, ona əlillik qrupunun verilməsindən imtina edilib. Səbəb isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Mərkəzi tərəfindən əlil hesab edilməməsidir.

 

Sabir Ziyadov deyir ki, əlil kimi tanınmaması bir yana, heç imtina qərarı da ona verilmir. Ona görə də Sabir həm qərarı almaq, həm də adıçəkilən dövlət orqanını ona əlillik dərəcəsi təyin etmək üçün Müstəqil Həmkarlar Birliyinə müraciət etməyə qərar verib.

 

Fuad Əliyev öz növbəsində Sabir Ziyadova və digər vətəndaşların şikayət ərizələrinə düzgün baxılacağını və əlaqələr orqanlara müraciət ediləcəyini bildirib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq