Dollar və avro TƏXRİBATI

08:28 20-04-2023 | icon 379 | İqtisadiyyat
Dollar və avro TƏXRİBATI

İllərdir ki, Qərb və Avropadakı antitürk dairələr Türkiyədə bütün istiqamətlərdə ajiotaj yaratmağa çalışırlar. Bir neçə ildir ki, Türkiyədə Ərdoğan hakimiyyətinə qarşı məkrli planlarda valyuta təxribatları da yer alır. Sirr deyil ki, qardaş Türkiyədə dollar və avronun bahalaşması, lirənin dəyərsizləşdirilməsi siyasi məqsəd güdən süni ajiotajdır.

 

Türkiyədə seçki öncəsi növbəti dəfə dollar və avro təxribatına start verilib. Onsuz da qiymətlərin bahalaşması, zəlzələdən sonra yaranan çətinliklərin üzərinə valyutanın bir az da bahalaşdırılması işinə başlayıblar.

 

Son 2 gündə Türkiyədə dollar 0.09 faiz bahalaşaraq 19.41 lirəyə yüksəlib. Avronun dəyəri isə 0.46 faiz artıb. Hazırda birjalarda 1 avro 21.28 lirə səviyyəsində qərarlaşıb.

 

Şübhəsiz ki, seçkilər yaxınlaşdıqca, əhalidə Ərdoğan hökumətinə qarşı narazılıqlar yaratmaq məqsədilə dollar və avro təxribatları daha da artacaq. Bəs Türkiyə hökumətinin bunu önləmək imkanları nə qədərdir? Və bu proses seçkilərdə nəticəyə təsir göstərə bilərmi?

 

Fikrət Yusifov: "Qarşıda bizi ciddi bir təhlükə gözləyir"

 

Fikrət Yusifov: “Türk xalqı Qərbin Türkiyədən nə istədiyini yaxşı başa düşür”

 

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov türk xalqının öz liderini sevdiyini söylədi: 

 

“Qardaş Türkiyə hökumətinin regionda və dünyada müstəqil siyasət yürütməsi Qərbin bir çox dairələrinin "canını sıxır". Bu dairələr Türkiyə və onun kimi müstəqil siyasət yürütmək yolunu seçən dövlətlərə qarşı həmişə belə aqressiv bir mövqedə olublar. Məqsəd aydındır, Qərb üçün ondan asılı olan, “lazım gəldikdə” öz dövlət və milli maraqlarının əksinə getməyi bacaran hökumətlərin olması daha məqbuldur. Türkiyədə dövlət çevrilişi etməyə qalxanlar da məhz bu dairələr idi. Lakin türk xalqının öz dövlətçiliyinə olan sevgisi bu təxribatın qarşısını 2016-cı ildə aldı. Bundan sonra Qərb dairələri daha da aqressivləşdi və Türkiyəyə qarşı yönəldilən iqtisadi, maliyyə təxribatları daha da gücləndirildi.

Bu gün Qərb yenidən Türkiyəni öz istədiyi kimi görmək istəyir. Türkiyə isə özünü dünyaya layiq olduğu bir şəkildə təqdim etməkdə israrlıdır. Hesab edirəm ki, Qərbin Türkiyədə seçkiöncəsi iqtisadi və maliyyə müstəvisində törətmək istədiyi bütün oyunlar uğursuzluqla nəticələnəcək. Bu həm də ona görə belə olacaq ki, türk xalqı Qərbin Türkiyədən nə istədiyini yaxşı başa düşür. Bu gün türk xalqı öz qürurunu Qərbin xırda oyunlarına qurban verməkdən çox uzaqdır. Bu xalq 2016-cı ildə bunu bütün dünyaya sübut etdi.

Bu gün gerçək olan budur ki, Qərb daha çox Türkiyədən  asılıdır. Bir anlıq təsəvvür edək ki, NATO-nun  ikinci ordusuna sahib bir ölkə, bu təşkilata üzv olmaqdan imtina edir. Onda nə baş verər? Bu gün Türkiyənin yerləşdiyi böyük regionda bu ölkənin NATO üzvü kimi üzərinə çox mühüm vəzifələr düşür. Qərb Türkiyə hakimiyyətinin müstəqil siyasət yürütməsini nə qədər sevməsə də onu dəstəkləməyə və onun çağırışlarına cavab verməyə məhkumdur. Bir sözlə, Qərb Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gələcəyindən və ondan sonra Türkiyənin dünya siyasət meydanında daha sərbəst olacağından çox əndişəlidir. Ancaq nə fayda. Türk xalqı öz liderini sevir və heç şübhəsiz seçkilərdə də ona səs verəcəkdir".

 

İranın Ermənistan sevdası: Bakıya acıq olsun deyə atılan addım

 

Kənan Rövşənoğlu: “Qərb Ərdoğanla yola getmədiyi üçün...”

 

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu Ərdoğan iqtidarı üçün bu problemi seçki ilə bağlamır: 

 

“Bunu tam olaraq planlı bir qəsd hesab eləmək düz olmaz. Türkiyədə son 5 ildir ki, dollar və avro bahalaşır. Yəni bu, seçki ilə birbaşa bağlı məsələ deyil. Türkiyədə ixracat ildən-ilə artsa da, milli valyuta günü-gündən dəyər itirir. Mütəxəssislər bunu xarici (Qərb) sərmayəsinin ölkəyə daxil olmaması ilə izah edir. Son illərdə Türkiyə və Avropa arasında münasibətlər soyuduqdan sonra Qərb sərmayəsinin Türkiyəyə axını zəifləyib. Bu da milli valyutanın dollar və avro qarşısında mövqeyini zəiflədir. Türkiyə iqtisadiyyatı dünya birjaları ilə sinxron işləyir. Ölkə iqtisadiyyatının davamlı olaraq sərmayə ehtiyacı var. Türkiyədə buna "sıcak para" deyirlər. Xarici sərmayə azaldığı üçün milli valyuta da sürətlə dəyər itirir. Ona görə də müxalifət elan edib ki, seçkilərdən sonra ölkəyə xarici sərmayə cəlbi üçün addımlar atacaqlar. Düzdür, bunun necə olacağı məlum deyil, amma bu onu göstərir ki, əsas məsələ xarici sərmayənin azalması ilə bağlıdır. Qərb isə Ərdoğanla yola getmədiyi üçün güman ki, sərmayə axını da məhdudlaşıb". /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR