Bu tələbə dünyanın 16 universitetindən təklif alıb

10:09 20-04-2023 | icon 232 | Təhsil
Bu tələbə dünyanın 16 universitetindən təklif alıb

ADA Universitetinin Hüquq fakültəsinin tələbəsi Ayxan Dadaşov dünyanın ən qabaqcıl 16 universitetindən (American University, University of Cambridge, University of California, Berkeley, London School of Economics (LSE), King’s College London, Northwestern University, University of Pennsylvania, Georgetown University, Cornell University, University of Michigan Ann Arbor, University College London (UCL), Queen Mary University of London, Durham University, University of Bristol, University of Nottingham, University of Amsterdam) magistr dərəcəsi üzrə qəbul təklifi alıb.

 

Ayxan Dadaşov magistr təhsilini beynəlxalq hüquq ixtisası üzrə Amerika Universitetində (American University LL.M. in International Legal Studies) almaq qərarına gəlib. O, həmçinin, akademik və professional göstəricilərə görə məhdud sayda tələbəyə verilən “Global Talent Development” təqaüdünə layiq görülüb.

 

Hədəfləri isə bəllidir - beynəlxalq hüquq ixtisası üzrə Amerika Universitetində yüksək təhsil alıb gələcəkdə Azərbaycanı xaricdə layiqincə təmsil etmək, dövlətə, dövlətçiliyə və xalqa ləyaqətlə xidmət etməkdir.

 

Orta məktəbi qızıl medalla bitirən, Prezident təqaüdçüsü Ayxan Dadaşov universitetdə təhsil aldığı müddət ərzində akademik göstəricilərinə görə müxtəlif təqaüdlərə layiq görülüb. O, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsində, rayon (şəhər) məhkəmələri və prokurorluqlarında, AMADA, “Ekvita”, “Baker Tilly” kimi şirkətlərdə təcrübə proqramlarında iştirak edib və həmin proqramları uğurla başa vurub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI