Baş nazir QƏRAR İMZALADI

11:09 20-04-2023 | icon 234 | Təhsil
Baş nazir QƏRAR İMZALADI

Baş nazir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Akademiyasında magistr təhsili bağlı qərar imzalayıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

 

Bildirilib ki, Prezidentin 2022-ci il 16 noyabr tarixli 3588 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə bir sıra dəyişiklik edilib.

 

Son dəyişikliklərə əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında “magistratura” pilləsi yaradılıb, akademiya rəisinə isə dissertantların təhkim olunmasına rəhbərlik həvalə edilib.

 

Eyni zamanda, akademiyada yalnız fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün dissertasiya şuraları yaradılırdısa, son dəyişikliklərdən sonra artıq magistr dissertasiyalarının da müdafiəsinin təşkili üçün ixtisaslaşdırılmış şuralar yaradılır.

 

Bundan əlavə, son dəyişikliklərlə akademiyanın dəyişən heyətinə akademiyada təhsil alan kursantlar, dinləyicilər və adyunkturlardan əlavə dissertantlar da daxil ediliblər.

 

Həmçinin, adyunkturada və ya dissertantlıq yolu ilə təhsilini başa çatdırmış və müvafiq elmi dərəcə almış hərbi qulluqçulara və mülki şəxslərə elmi dərəcəni təsdiq edən vahid formalı dövlət sənədinin - diplomun verilməsi barədə norma əlavə edilib.

 

Bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişiklik edilməsi zərurəti yaranıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI