Kiyev səmasında kosmik partlayış?

17:27 20-04-2023 | icon 412 | Dünya
Kiyev səmasında kosmik partlayış?

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

 

O bildirib ki, ötən gün Kiyevdə yenidən hava həyəcan siqnalları verilib.

 

“Kiyev səmasında böyük bir alov göründü. Hava həyəcan siqnalı gecə yarısına qədər davam etdi. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrindən verilən məlumata görə, Kiyevə heç bir raket və ya dron hücumu olmayıb. Bildirilir ki, bu hansısa aerokosmik hücum və ya hadisədir”, - deyə jurnalist əlavə edib.

 

Qeyd edilib ki, hazırda NASA və Ukrayna Aerokosmik Agentliyinin əməkdaşları bu məsələni araşdırır. Əhaliyə belə hallar olduqda sığınacaqlara getmələri ilə bağlı xəbərdarlıq edilir.

 

O da bildirilib ki, Rusiya Ordusunun Donetsk, Xarkov, Xerson vilayətlərinə kütləvi artilleriya hücumu davam edir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR