Azəriqaz"Açıq Qapı"da abonentlərə bildirdi

18:49 20-04-2023 | icon 277 | Sosial
Azəriqaz"Açıq Qapı"da abonentlərə bildirdi

 

2023-cü ilin ilk 3 ayı ərzində qeydə alınan statistik məlumatlar və abonentlərin aprelin 21-dək bilməli olduğu vacib xəbər “Açıq qapı”da ictimaiyyətə çatdırıldı. 

 

Bu barədə Versus.az-a qurumun mətbuat xidmətindən bildirilib.

 

SOCAR “Azəriqaz” İB-nin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyasında bildirib ki, xəbər verildiyi kimi aprelin 21-dən 23-dək Birliyin Qəza Çağrı Xidməti şöbəsinin istifadəsində olan serverlərdə texniki-profilaktiki işlər həyata keçiriləcək.

"Bu səbəbdən də smart-kart tipli sayğaclara sahib abonentlərdə 2 gün olmaqla axşam saat 22:00-dan səhər saat 10:00-dək kartlara yükləmə mümkün olmayacaq. 104/185 Çağrı Mərkəzinə zənglər qəbul olunmayacaq".

 

Şöbə rəisi qeyd edib ki, Çağrı Mərkəzini bu 2 gündə (077) 3 104-104 “Whatsapp” xətti və qurumun azeriqaz.az saytındakı çat bölməsi əvəz edəcək. Odur ki, vətəndaşlar qaz təchizatında üzləşəcəkləri problemlə bağlı qeyd edilən ünvanlarla əlaqə saxlaya biləcəklər.


Birliyin İctimaiyyatlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə çıxışına cari ilin yanvar-mart ayları ərzində qeydə alınan statistik məlumatları çatdırmaqla başlayıb. Şöbə rəisi bu 3 ayda ölkə üzrə əvəz edilən sayğacların və yeni qeydiyyata alınmış abonentlərin sayını, həmçinin digər məqamları jurnalistlərin diqqətinə çatdırıb. Aksiya sonda jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR