Liviya Sudanla sərhədi bağladı

13:59 25-04-2023 | icon 409 | Dünya
Liviya Sudanla sərhədi bağladı

Liviya Silahlı Qüvvələri Sudanda davam edən silahlı toqquşmalar səbəbindən qonşu ölkə ilə sərhədini bağlayıb.

 

Versus.az xəbər verir ki, bu barədə Al-Marsad portalı Liviya Silahlı Qüvvələrinin Baş komandanlığına istinadla məlumat yayıb. Liviya ordusunun, həmçinin ölkənin cənub-şərqində Sudanla sərhəd yaxınlığında yerləşən Kufra şəhərinə əlavə qüvvələr göndərdiyi bildirilir.

 

Liviya ilə Sudan arasında sərhədin uzunluğu 382 kilometrdir. Həmin rayon qaçaqmalçılıq və insan alveri ilə məşğul olan silahlı qruplaşmalar və kriminal bandalar tərəfindən istifadə edilir.

 

Xatırladaq ki, Suveren Şuraya rəhbərlik edən Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhanla həmin şurada onun müavini olan xüsusi təyinatlı qüvvələrin başçısı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən ölkədə vəziyyət gərginləşib. Aprelin 15-də Merove şəhərindəki hərbi baza yaxınlığında və paytaxt Xartumda iki güc strukturu arasında toqquşmalar başlayıb. Sudan Səhiyyə Nazirliyinin son məlumatına görə, döyüşlər nəticəsində 600-dən çox insan həlak olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR