Köhnə dondurmalar yenə tüğyan edir

16:09 25-04-2023 | icon 192 | Sosial
Köhnə dondurmalar yenə tüğyan edir

Son vaxtlar havaların isti keçməsi ilə əlaqədar olaraq dondurma satışının artdığı müşahidə olunur.

 

Lakin hazırda bazardakı dondurmaların yeni istehsal olunduğu şübhə doğurur. Hətta istehlakçılar bəzi mağazaların ötənilki dondurmaların istehsal tarixini dəyişdiyini və yeni məhsul kimi satdığını iddia edirlər. Beləliklə, biz bilmədən ötən ildən qalmış dondurmaları ala bilərik.

 

Bəs belə neqativ halların qarşısını necə almaq olar?

 

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov açıqlama verib.

 

O, bu cür arzuolunmaz halların mövcud olduğunu bildirib:

“Vaxtı keçmiş qidalar insanlarda mədə-bağırsaq və digər xəstəliklərin yaranmasına səbəb olur. Dondurmanın yeni və ya köhnə olması onun üzərindəki istehsal tarixindən bilinir. Vaxtı keçmiş dondurmanın satışı qadağandır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məsələyə nəzarət edir. Amma ehtimal etmirəm ki, bəzi iş adamları qışda dondurma istehsal ediblər və indi bazara çıxarırlar. Yəni xüsusi yerdə mənfi temperaturda saxlanmış dondurmaların satışa çıxarılması barədə iddialar doğru ola bilər”.

 

E.Hüseynov vətəndaşlara belə hallar yaşandıqda müvafiq qurumlara məlumat verməyi tövsiyə edib:

“Əgər dondurma əvvəl istiyə məruz qalıb, sonra yenidən dondurulursa, bunun satışı qadağan olunmalıdır. Belə məhsul satan şəbəkəni minimum 1500 manat cərimə gözləyir. Vətəndaşları bu cür şübhəli vəziyyətlər zamanı AQTA-nın qaynar xəttinə məlumat verməyə çağırıram”. /Bakupost.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?