İsa peyğəmbərə qovuşacaqlarını vəd etdilər və...

07:08 26-04-2023 | icon 279 | Maraqlı
İsa peyğəmbərə qovuşacaqlarını vəd etdilər və...

Keniyanın Malindi qəsəbəsində təriqət lideri “ac qalaraq İsa peyğəmbərə qovuşacaqlarını” vəd edərək insanları ölümə sürükləyib.

 

Paul Makkenzi Ntenge polisin azı 1000 nəfərin meyitini tapacağını iddia edib.

 

Şakahola meşəsində kilsə yaxınlığında (Good News International) tapılan meyitlərin sayının 73-ə çatdığı, 112 nəfərin hələ də itkin düşdüyü və meyit sayının arta biləcəyi bildirilib.

 

Digər tərəfdən, mövzu ilə bağlı ilk dəfə açıqlama verən Keniya Prezidenti Uilyam Ruto təriqətdə baş verənlərin “terrordan fərqli olmadığını” bildirib.

 

 

Aprelin 15-də aclıqdan öldükləri ehtimal olunan 4 nəfərin meyiti tapıldıqdan sonra polis Ntengeni saxlayıb. Meşəlik ərazidə aparılan geniş axtarışlar zamanı kütləvi məzarlıqdan onlarla insanın meyiti tapılıb.

 

Keşiş Ntengenin daha əvvəl bir neçə dəfə şikayətlərdən sonra saxlanıldığı və sərbəst buraxıldığı məlum olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR