"Artıq dünyasını dəyişib, bundan sonra nə fayda?”

08:57 27-04-2023 | icon 280 | Mədəniyyət
"Artıq dünyasını dəyişib, bundan sonra nə fayda?”

“Onunla çox yaxın, səmimi münasibətimiz olmayıb. Ancaq ölən insana sayğı duymaq lazımdır. Bu, o demək deyil ki, Azərpaşa Nemətov aydan arı, sudan duru olub. Yox... Hər bir insan kimi onun da yanlışları olub. Artıq dünyasını dəyişib. Bundan sonra nə fayda?”

 

Bu sözləri Axsam.az-a açıqlamasında Əməkdar artist Mehriban Xanlarova deyib.

 

Aktrisa bir neçə gün əvvəl dünyasını dəyişən Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətovdan danışıb. Xanlarova onun vəfatından sonra haqqında mənfi statuslar yazanlara səslənib:

“Bu ölümdən hər birimiz üçün var. Ölü insanın arxasınca danışmağa nə var? Sözü olan həmin adamlar sağ olanda çıxıb ictimaiyyət qarşısında sözünü deyərdilər. Bəziləri indi deyər ki, sağlığında şəxsən özünə deyənlər olub. Onlar anlamırlar ki, kabinetdə demək ayrıdır, ictimaiyyət qarşısında demək ayrı”.

 

M.Xanlarova teatra yeni təyin olunacaq direktorla bağlı fikirlərini də bölüşüb:

 

“Bu vəzifəyə kim gəlirsə, gəlsin, əsas odur ki, problemlərimizi, içimizi bilən adam olsun. Hazırda teatrımızın özündə elə adamlar var. Ən əsası isə hər kəsə eyni gözlə baxan adam gəlsin. Öz adamlarını yanına yığıb, fərq qoymasın. Vəzifə beş günlükdür. Öz şəxsi maraqlarını bir kənara qoyaraq xidmət etsin”.

 

Qeyd edək ki, Azərpaşa Nemətovun vəfatından sonra aktyorlar Hikmət Rəhimov, Kamran Yunis onunla bağlı tənqidi statuslar paylaşıblar. 

 

Azərpaşa Nemətov aprelin 9-da dünyasını dəyişib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq