“Qarabağ”ın daha bir oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın Azərbaycan Premyer Liqasında daha bir oyununun vaxtı dəyişdirilib.
Versus.az Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, Ağdam təmsilçisi XXXIII turda “Qəbələ” ilə matçı öncədən nəzərdə tutulduğu kimi, mayın 6-da keçirməyəcək.
XXXII turun “Neftçi” – “Qarabağ” görüşü aprelin 30-dan mayın 2-nə təxirə salındığından, ağdamlıların bir tur sonra “Qəbələ” ilə ev qarşılaşmasının mayın 8-də oynanılması qərara alınıb.
“Azersun Arena”da baş tutacaq “Qarabağ” - “Qəbələ” oyunu saat 20:00-da start götürəcək.
Xəbər lenti
Artıq telefon danışığı zamanı emoji göndərmək mümkündür
Xüsusi “Google phone”nun yeni versiyası buraxılacaq