Sülhməramlıların yeni komandanı  nəyi dəyişəcək?..

12:07 01-05-2023 | icon 355 | Qarabağ
Sülhməramlıların yeni komandanı  nəyi dəyişəcək?..

 

 

 

“Görünür, Volkovun fəaliyyəti Rusiyanın Baş Qərargahını, xüsusən də prezident Putini qane etməyib”.

 

Bunu Versus.az-a hərbi ekspert Elxan Şıxəliyev Rusiyanın Qarabağda yerləşən müvəqqəti sülhməramlı hərbi kontingentinin komandanı Volkovun geri çağırılması və yerinə general- polkovnik Aleksandr Lentsovun təyinatının hansı məqsədlə həyata keçirilməsi ilə bağlı açıqlamasında bildirib.

 

Ekspert bildirib ki, bu səviyyədə olan komandanlıq adətən iki səbəbdən dəyişdirilir: birinci, xidmət dövrünün bitdiyi üçün planlı rotasiya, digəri isə fors-major hallarında, yəni yuxarı komandanlığın gözləntilərini doğrultmayanda. E.Şıxəliyev Volkovun dövründə çox böyük narazılıqların yarandığını qeyd edib. Bildirib ki, Volkovun Qarabağdakı separatçı ermənilərlə biznes şəbəkəsini qurması və bütün qeyri-qanuni daşımaların maliyyə qarşılığı üzərində aparması ilə bağlı bir şəbəkə yaratması xəbərləri hər kəsə məlum idi.

 

“Görünür ki, bu məlumatlar Rusiya prezidentinə qədər gedib çıxıb. Azərbaycan da  Volkovun Azərbaycan monitorinq heyərtinin separatçıların oluğu ərazilərə getməsini təmin edə bilməməsindən narazı idi.  Beləliklə, rəsmi Rusiya Volkovu Qarabağdan uzaqlaşdrıb Ukrayna müharibəsinə göndərməklə cəzalandırdı”.

 

Ekspert Lentsovun Qarabağa göndərilməsini yeni yaranmış vəziyyətlə əlaqələndirib. Onun sözlərinə görə, Azərbaycan Gorus-Xankəndi yolundan sərhəddimizin Laçın ərazisinə keçən hissəsində nəzarət buraxılış məntəqəsi yaradandan sonra bütün vəziyyət dəyişdi.

 

“Lentsovu yenu vəziyyəti tənzimləyəcək adam kimi təyin elədilər. Bütün münaqişələrdə və müharibələrdə iştirakçı olmuş bir hərbçinin 1960 nəfərlik heyətə komandan təyin edilməsi onun üçün böyük vəzifə sayılmır. O, bir  müddət cəbhə bölgəsindən uzaqlaşıb siyasi tapşırıqları yerinə yetirmək üçün görəvlənmiş bir  adamdır. General -polkovnik Lentsov heç şübhəsiz ki, Azərbaycan tərəfinin nümayəndələri ilə görüşlər keçirdərək “bəlkə Rusiyanın istəklərini qəbul etdirə bilər”- deyə, görəvləndirilib. Çünki üçtərəfli sazişdə göstərilmişdi ki, 500 km ərazi rus sülhməramlıların nəzarətində olmalıdır.  Azərbaycan Ermənistan hakmiyyətinin Zəngəzur dəhlizinin açılması ilə bağllı göstərdiyi sərt mövqedən sonra bu nəzarətin yaradılmasını birtərəfli qaydada həyata keçirdi. Lakin bu nəzarət buraxılış məntəqəsinin koordinasiyasının necə baş verəcəyi müəyyən olunmalıdır. Çünki hələ Qarabağda 10 mindən çox qeyri qanuni hərbi birləşmlər var. Növbəti mərhələdə bu erməni separatçıları bölgədən çıxarılmalıdır. Bu  prosesin tənzimlənməsi Leskovun əsas vəzifələrindən biri olacaq. Leskovun Rusiya desant qüvvələrinin  rəhbərliyində olan və müharibələrdə qəddar qərarlar verən bir hərbçi kimi, erməni separatçıları ilə “dil tapa” biləcəyi güman edilir. Lentsov erməniləri erkən silahsızlaşdırmağı  təmin edəcək adamdır”.

 

E.Şıxəliyev eyni zamanda bəyan edib ki, Letsov gəlmir, lap Şayqo gəlsin, Azərbaycana hər hansı şərt və mövqeni qəbul etdirməsi mümükün deyil.  Azərbaycan strateji hədəfinə çatmaq, Xankəndini tam yuridiksimamıza götürmək üçün atdığı ən mühüm addımı sərhəddin nəzarətə götürülməsi idi.

“Ən çətini həyata keçirilib. Qalan hissəsi yumşaq güclə həyata keçirilməlidir. Mülki insanlar burada yaşamaq istəyirlərsə qala bilər. Silahlı separatçılar da sıfırlanmalıdr.  Bunu Lentsov təmin etməlidir. Əks halda Qarabağdakı separatçılar Azərbaycanın hərbi gücü ilə qarşılaşacaq və nə Lentsov nə də başqaları bunu əngəlləyə bilməyəcək. Yeni reallıqda məsələlər dialoq, danışıqlar yolu ilə mərhələli şəkildə həll olunmalıdır. Bunun ardınca sərhədçilərimizin Xankəndini nəzaərət götürməsi ilə bağlı məruzəsini şahidi olacağıq.

Yeni mərhələdə bu proses mülki ermənilərə ciddi zərbələr vurmadan yumşaq yolla həyata keçirilməlidir. Azərbaycan sülh, inteqrasiya təklifini verir, rədd olunanda hansı addımlar atılacağını görürlər. Ona görə də  seçimi onlar verəcək və ermənilərlə dialoqda  Lentsov cavabdeh olacaq. Lentsov tarixdə regionda inteqrasiya, dialoq yaradan şəxs də qala bilər, yaxud antiterror əməliyyatının yaranmasına zəmin yaradan bir şəsxk kimi də qala bilər. Düşünürəm ki, Lentsov bunlardan birincini seçmiş olacaq”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq