"ermənilər fürsətdən istifadə edib şərtləri qəbul etsinlər"

12:10 01-05-2023 | icon 324 | Qarabağ
"ermənilər fürsətdən istifadə edib şərtləri qəbul etsinlər"

Emin Həsənli: “Yeni komandan Qarabağda heç bir yeni situasiya yaratmayacaq”

 

“Rusiya sülhməramlılarına yeni təyin olunan komandanı Aleksandr Lentsov yaxşı olardı ki, Rusiya prezidentinin də imza atdığı 10 noyabr sazişinin bəndlərini yerinə yetirməyə çalışsın”. 

 

Bunu Versus.az-a hərbi ekspert Emin Həsənli Qarabağda müvəqqəti yerləşən Rusiya Sülhməramlılarının komandanı Volkovun, yeni komandanla əvəzlənməsinin bölgədə hansı dəyişikliyə səbəb olacağı ilə bağlı açıqlamasında bildirib.

 

Ekspert xatırladıb ki, 2020-ci il 10 noyabr üçtərəfli sazişin 4-cü bəndinə əsasən rus sülhməramlıları Qarabağa gələn kimi, paralel olaraq müharibədən sonra orada qalan erməni silahlıları bölgədən çıxarılmalı idi. Eyni zamanda Zəngəzir dəhizinin açılması öz həllini tapmalı və digər məsələlər yerinə yetirilməli idi. Lakin artıq 3-cü ildir ki, ermənilər götürdüyü öhtəlikləri yerinə yetirmir, rus sülhməramlıları isə bu istiqamətdə heç bir tədbirlər görmürlər.

 

E.Həsənli bildirib ki, sülhməqamlıların Qarabağdakı fəaliyyəti zaman-zaman Azərbaycan dövləti- Müdafiə Nazirliyi, Xarici işlər Nazirliyi, eləcə də ictimaiyyətimiz tərəfindən haqılı olaraq etirazla qarşılanıb. Sülhməramlılar öz müvəqqəti missiyalarına daxil olan ərazilərdə ermənilərin atəşkəsi pozduğunu, təxribat törətdiklərini bilsələr də buna əhəmiyyət vermir, əksinə Qarabağa silah-sursatın daşınmasına kömək edərək, revanşizmin genişlənməsinə dəstək olublar:

 

“Qarabağda 10 mindən artıq silahlı birləşmə var. 3 ildir erməni silahlılarının ərzaq, hərbi texnika ilə təminatı sülhməramlıların gözü qarşısında baş verib. Bütün bunlara qarşı Rusiya sülhməramlıları bu günə qədər də etirazını bildirməyib və təxribatların qarşısı alınmayıb”. 

 

Ekspert sülhmaramlı kontingentinə yeni təyin olunan komandirin Rusiya müdafiə nazirinin müşaviri olduğunu qeyd edərək, rütbəsindən asılı olmayaraq kim gəlirsə gəlsin hər birinin Rusiya dövlətinin maraqlarını yerinə yetirdiyini bildirib. Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin də bölgədəki proseslərə nəzarət etdiyini bəyan edib:

 

“Laçın yolunda Azərbaycan bayrağının qaldırılması və sərhəd buraxılış məntəqəsinin qoyulması onu göstərir ki, bu proses məhrələli şəkildə həll edilir. Azərbaycan BMT-nin qəbul etdiyi 4 qətnaməni illər sonra necə özü yerinə yetirdisə, eləcə də 10 noyabr sazişinin şərtlərini özü yerinə yetirə bilər”.

 

Erməni mətbuatının “sülhməramlılara yeni komandanın təyinatı” ilə bağlı “ürəkdolu” yazılar dərc etməsinə gəlincə, hərbi ekspert bütün bunları onların yeni avantürası hesab edib:

 

“Onların bu təbliğatının arxasnda nələrin dayandığını hamımız gözəl bilirik.   Yaxşı olardı ki, ermənilər yaranmış bu fürsətdən istifadə edib Azərbaycanın şərtlərini qəbul etsinlər. Əks halda, bu dəfə dövlət mövcudluqlarını  sual altında qoyan zərbə ala bilrlər. Ermənistan  ordusu 44 günlük müharibədə darmadağın edildi. İndi ermənilərin kreditlə aldıqları silahlar bizim “Qənimətlər parkı”nda ekspanat kimi nümayiş olunur.  Hayların mətbuatı yazır ki, yeni komandanın gəlişi yeni situasiya yaradacaq. Heç bir situasiya yaranmayacaq. Azərbaycan dövləti qarşıya qoyduğu məqsədləri reallaşdıracaq. Bunun üçün Ali Baş komandanın iradəsi və gördüyü işlər var”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq