Zelenskinin Telefon zəngi nəyi dəyişib?

16:27 01-05-2023 | icon 360 | Dünya
Zelenskinin Telefon zəngi nəyi dəyişib?

"Bu Zelenskiyə ona görə lazımdır ki, Pekin tamamilə Kremlin yanında yer almasın"

 
 

Dünya mətbuatı Ukrayna prezidenti Volodimir Zelenskinin Çin lideri Tsi Cinpinlə telefon danışığının nəticələrini əvvəlkitək analiz etməyə çalışır. ABŞ-ın məşhur “The Washington Post” dərgisində yayımlanan məqalədə Çin liderinin Kiyevə zəng etməklə özünü sülhpərvər kimi göstərməyə çalışıldığı bildirilib.

 
 
Versus.az xəbər verir ki, bu istiqamətdə təhlillər aparan "Atlas" Araşdırmalar Mərkəsi bir çox nüanslara aydınlıq şətirib.
 
 
Birincisi, Tsi Cinpin Volodimir Zelenskiyə zəng etməklə Qərblə münasibətlərin normallaşdırılmasına çalışır. Çünki Vaşinqton və Brüssel Pekindən Rusiya-Ukrayna müharibəsiylə bağlı konkret mövqe ortaya qoymasını istəyir.
İkincisi, Tsi Cinpin Rusiyaya iki günlük səfərindən və Kreml sahibi Vladimir Putinlə görüşündən sonra Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə təmas qurmalı idi. Bununla Pekin hər iki tərəflə dialoqun olduğunu göstərməli idi. Pekinin müharibənin dayandırılmasıyla bağlı 12 maddəlik planı da bunu diqtə edir. Digər tərəfdən Çin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvüdən biri kimi də fəallığını bir qədər artırmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 daimi üzvü bu və ya digər şəkildə Ukrayna müharibəsinə cəlb olunub, bircə Çin məsafə saxlamağa çalışırdı, ancaq sonda Pekin də fəallaşmaq məcburiyyətində qaldı.
 
Tsi Cinpin müharibənin yalnız 400-cü günü Kiyevə zəng edib. Buna qədər Tsi Cinpin Volodimir Zelenski ilə təmasdan yayınıb. “Politico” nəşrində yayımlanan məqalədə Çinin Rusiyaya silah və hərbi texnika verməkdən çəkindiyi bildirilib. Pekin Qərbin sanksiyalarından ehtiyat edir. Buna baxmayaraq, Çin Rusiya ilə əməkdaşlığı genişləndirməyə qərar verib.
 
Pekin vasitəçi təşəbbüslərini gücləndirməklə bu sahədə Qərbi əvəzlələməyə çalışır. Pekinin İranla Səudiyyə Ərəbistanını barışdırması buna nümunədir. Bu iki dövlət arasında danışıqlar Pekində gedirdi. Tsi Cinpin Moskva və Kiyevlə təmaslara baş vurmaqla Ukraynadakı müharibənin dayandırılması üçün də fəallığını artırıb. Ancaq Qərb Pekinə vasitəçi olmağa imkan verməyəcək. Pekin “müharibə dayandırılmalıdır” desə də, Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsi vacibliyini bildirmir. Bunsuz müharibə dayandırılmayacaq. Pekin Ukraynanın ərazi bütövlüyünü tanısa da, Rusiyanın işğal etdiyi ərazilərlər bağlı mövqe bildirməkdən çəkinir.
 
 
Kiyev də Pekinin bu şəkildə vasitəçiliyini qəbul etməyəcək. Buna baxmayaraq, Ukrayna prezidenti Volodimir Zelenski Çin lideri Tsi Cinpinlə dialoqunu davam etdirəcək. Bu Zelenskiyə ona görə lazımdır ki, Pekin tamamilə Kremlin yanında yer almasın və Çin Rusiyaya həri texnika satmağa qərar verməsin.
 
 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122