Bakıda 1 May belə qeyd EDİLDİ

13:57 01-05-2023 | icon 288 | Cəmiyyət
Bakıda 1 May belə qeyd EDİLDİ

"MHB sosial ədalət ideyalarını dəstəkləməkdə davam edir"

 

Müstəqil Həmkarlar Birliyi (MHB) 1 May Beynəlxalq Zəhmətkeşlərin Həmrəylik Gününü “Sülh”, “Əmək”, "Rifah", “Sosial hüquqlarımızı tanıyaq” şuarları altında qeyd edib.

 

Versus.Az xəbər verir ki, tədbir Heydər Əliyev adına Neft Emalı Zavodunun yaxınlığında yerləşən Fəhlə abidəsinin önündə keçirilib.

 

Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev jurnalistlərə açıqlama verib. Bildirib ki, MHB sosial ədalət ideyalarını dəstəkləməkdə davam edir:

 

"Biz hər bir insanın ləyaqətli həyatı naminə daxili iqtisadiyyatın gücləndirilməsində, sosial tərəfdaşlığın inkişafında maraqlıyıq. Ölkə üçün çətin anlarda ən mühüm vəzifə həmkarların üzərinə düşür. Qarşıya qoyulan vəzifələr yalnız işləyən şəxslərə hörmət və onlar üçün layiqli əmək şəraitinin yaradılması şəraitində yerinə yetiriləcək”.

 

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Müstəqil Həmkarlar Birliyinin sözügedən tədbirin keçirilməsi ilə bağlı müraciətinə etiraz etməyib.

 

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122