Deputatlar Sloveniyaya səfər edəcək

14:18 01-05-2023 | icon 663 | Gündəm
Deputatlar Sloveniyaya səfər edəcək

 

Milli Məclisin deputatları Sloveniyada səfərdə olacaqlar.

 

Versus.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və  ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Verilən məlumata görə, Milli Məclisin deputatları - Sloveniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev, qrupun üzvləri Elnur Allahverdiyev və Rafael Hüseynov mayın 2-də Sloveniya Respublikasının Nova Qoritsa şəhərinə səfər edəcəklər.

 

Deputatlarımız Sloveniya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.

 

Bununla yanaşı, hər iki ölkə parlamentinin dostluq qruplarının üzvləri Azərbaycanın Sloveniyadakı səfirliyi tərəfindən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 105-ci ildönümü münasibəti ilə təşkil olunan tədbirdə iştirak edəcəklər.

Səfər mayın 5-də başa çatacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR