Baş Prokurorluqda Akademik Zərifə Əliyevanın 100 illiyi qeyd olunub

15:23 30-04-2023 | icon 182 | Cəmiyyət
Baş Prokurorluqda Akademik Zərifə Əliyevanın 100 illiyi qeyd olunub

 

Baş Prokurorluqda Akademik Zərifə Əliyevanın 100 illiyi ilə bağlı tədbir keçirilib

 

Qurumun mətbuat xidmətindn Versus.az-a verilən məlumata görə Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə Baş Prokurorluqda tədbir keçirilib.

 

Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Açılış nitqi ilə çıxış edən Baş Prokuror Kamran Əliyev əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın gələcək nəsillərə nümunə olacaq elmi fəaliyyəti və mənalı həyat yolundan bəhs edib, insanlara nur və həyat bəxş edən görkəmli alimin zəngin irsinin yeni elmi zirvələri inamla fəth edəcəyini vurğulayıb.

 

Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Aynur Osmanova Zərifə xanım Əliyevanın peşəkar oftalmoloq-həkim kimi fədakarlığından, tədqiqatları ilə tibb elminin inkişafına mühüm töhfələrindən və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında əvəzsiz rolundan danışıb.

Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan bəhs edən “Elegiya” adlı sənədli filmə baxılıb

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq