Zahid Orucdan televiziyalara İRAD

12:36 02-05-2023 | icon 1179 | KİV
Zahid Orucdan televiziyalara İRAD

"TV-lərimizin siması Zəfərimizin parlaq tablosuna uyğun deyil"

 

“Yerli TV-lərə baxanların sayı 5-6 il öncəki tamaşaçıların sayı ilə müqayisədə ən azı 10 dəfə azalıb. Səbəblər dərin və çoxşaxəlidir. Onlardan biri dünya TV təcrübəsində ən uğurlu proqram formatları yarada bilməmələri, verilişlərin yayım ənənəsi, milli xüsusiyyətləri, janrı, kontenti, hədəf auditoriya, aparıcı peşəkarlığı, təqdimat tərzi və s. aspektlərlə bağlıdır”.

 

Versus.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

 

“Artıq 10 illərlə davam edən bayağı məzmunlu, heç bir sosial funksiya daşımayan şou-proqramların TV-lərin əsas simasına çevrildiyini görürük, onlar tədricən öz qarşılarına qoyduğu məqsədlərə nail olur. Belə ki, üst-üstə 5-6 milyon ölkə əhalisinin yarıdan çoxunun instaqram izləyicisi olması onu göstərir ki, ekrandakı izləyicilərini “xalq” hesab edən 3-4 aparıcının arxasında kifayət qədər zövqsüz və savadsız bir kütlə dayanır. Bütövlükdə, artıq 3-cü onillikdir ki, Azərbaycan tamaşaçısının sosial portreti, onun maraq və istəkləri tamamilə təhrif edilməkdə, dünyagörüş və mədəniyyəti, dəyərləri ciddi deformasiyaya uğramaqdadır.

 

Bayağı şou proqramlarının ekranlarda getdikcə çoxalması qətiyyən təsadüfi deyil, əksinə düşünülmüş və sistemli xarakter daşıyır. Yalnız kommersiya və biznes maraqları, milli-mənəvi dəyərlərin inkarı, ictimai rəydə ziyalı, alim, intellektual obrazların, Vətən müharibəsinin parlaq simalarının deyil, şou əhlinin-müğənni, rəqqasə, tamada və s. cəmiyyətə əsas ideal, dəyər kimi təqdim edilməsi nəticəsində bir neçə aparıcı və TV kanalı reklam və sərvət toplayır. TV-lərimizin siması Zəfərimizin parlaq tablosuna uyğun deyil”, - deyə komitə sədri vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR