Uşağa yazıq, bizə yazıq, cəmiyyətə yazıq...

17:38 02-05-2023 | icon 3006 | Köşə
Uşağa yazıq, bizə yazıq, cəmiyyətə yazıq...

Acığını o uşaqdan çıxdı, öz həyatını məhv etmək bahasına...

ÜLVİYYƏ ABIŞOVA

 
 

Gecə videoya baxdım... Adətən zorakılıqla bağlı videolardan, kadrlardan qaçıram. Lakin burda söhbət azyaşlı uşaqdan gedirdi. Və eşidən andan fikirləşirdim ki, bu necə məşqçidi, ayarını bilməyib, məşqdə uşaq ölüb.

 
 
Baxdım - sivil bütün qaydalar, qanunlar keçdi mənim üçün arxa plana. Bu, bir uşaq üzərindən həyatının bütün ağrı-acısını, əsəbini, incikliklərini, çatışmazlıqlarını - bir sözlə, həyatda yaşadığı bütün neqativlərin acığını çıxmaq idi... Bu, qəsd idi... Bu, anormaldı... Bu, uşağı bilərəkdən öldürməkdir... Bu, dəhşətdir...
 
 
Bu, işin görünən tərəfi. İşin məni daha çox yandıran tərəfi - valideynlər... Zənn eləmirəm ki, bu "məşqçi" birdən-birə belə vəhşiyə dönüb. İllah ki uşaqlarla davranışında anormallıqlar olub. Valideynlər heçmi hiss etməyiblər ki, uşaqlarını etibar etdikləri kəs uşaqlarla, yumşaq desək, kobud rəftar edir. Valideynlər kaş ki, biraz diqqətli olsalar. Az, biraz. O zaman inanın ki, belə vəhşiliklərin şahidi olmarıq...
 
 
O qatil də zamanında yəqin ki, özü də qurban olub. Və bu gün həyatının acığını o uşaqdan çıxdı, öz həyatını məhv etmək bahasına. Birisi də çıxıb onu öldürsə, təəccüblənmərəm...
 
 
Bir də bütün işlərdə hazır dayanan malakeşlər var, işi malalasınlar. O qatilin yaxının da, ki deyir, -"idmandı da, qol da sınar, ayaq da sınar" və sair cəfəngiyyat - ürəyimdən keçənləri yazmayım. Zatən hər kəs anladı.
 
Uşağa yazıq, bizə yazıq, cəmiyyətə yazıq...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq