Qarabağ və Şərqi Zəngəzur ərazisində balıq buraxılışları və ağacəkmə TƏDBİRİ

10:47 05-05-2023 | icon 316 | Qarabağ
Qarabağ və Şərqi Zəngəzur ərazisində balıq buraxılışları və ağacəkmə TƏDBİRİ

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə 4 may 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman Nazirlikləri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi, “Azərişıq” ASC, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəsmilərinin iştirakı ilə Suqovuşanda balıq buraxılışı tədbiri keçirilib və su anbarına 10 000 çəkikimi balıq körpəsi buraxılıb.

 

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Samux Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Aqrar Universitetinin rəsmilərinin və bp-nin regional prezidentinin iştirakı ilə bp-nin “Sweet Gold” layihəsi çərçivəsində arılar üçün yem bazası məqsədilə Samux rayonunun Çobanabdallı kəndi ətrafındakı meşə sahəsində müxtəlif cinsli ağaclar əkilib.

 

Qeyd edək ki, bp-nin “Sweet Gold” layihəsi çərçivəsində Samux rayonunun Çobanabdallı, Füzuli, Şəmkir rayonunun Dəllər Daşbulaq, Dəllər Cırdaxan kəndlərinin ümumilikdə 315 hektar meşə ərazisində arılar üçün yem bazası məqsədilə ağaclar əkilir.

 

Tədbirin davamı olaraq Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman Nazirliklərinin, Yevlax Rayon İcra Hakimiyyətinin rəsmilərinin, bp-nin regional prezidentinin və rayon ictimaiyyətinin iştirakı ilə Yevlax şəhərində balıq buraxılışı tədbiri keçirilib. Kür çayının Yevlax şəhərindən keçən hissəsinə 90 000 ədəd çəkikimi balıq körpəsi buraxılaraq növbəti dəfə onların təbii artımına, bərpasına dəstək göstərilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq