Veteran, qazilərə yanaşma və...

10:00 08-05-2023 | icon 575 | Cəmiyyət
Veteran, qazilərə yanaşma və...

Siz günahkar və səbəbkarsız, ya veteran, qazi?!

 
 
 
 
 

VÜQAR DADAŞOV
/hüquqşünas, Qarabağ müharibəsi veteranı, qazi/

 
 

Veteran, qazilərə yanaşma və siyasətin düzgün qurulmaması əlbəttə ki, belə halları çox göstərəcək. Bir növü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ona tabe olan qurumlar vəziyyətin gərginləşməsində, narazılığın artmasında maraqlı görünür. Heç kəs inkar edə bilməz ki, Vətən anlayışı ancaq kasıb və orta təbəqəyə aiddir, hərçənd ki, orta təbəqə yoxdur və bu kateqoriyadan olanların mütləq çoxluğu kasıb ailələrdəndi. Kasıbların qoruduğu ölkədə varlı və məmur balalarının mövqeyə gətirilməsi və onlara qazi və veteranın statusu ilə bağlı səlahiyyət verilməsi ədalətə, haqqa, qanuna, insanlığa meydan oxumaqdır.

 
 
 
Bir vacib məqamı xatırladım. Şəxsən mən 1990-ci il Respublika Bilik Olimpiadasının qalibi kimi Ali məktəbdə təhsilimi davam etdirə bilər və 1-ci Qarabağ müharibəsində iştirak etməyə bilərdim. Ancaq mən getdim. Həmin dövrdə bir ailədə gənc 5-6 oğulu olanlar müharibəyə getmədi. İndi mövqe sahibi olan həmin yaşlaşmış gənclərdən soruşanda ki, yaşın 1-ci Qarabağ müharibəsinə uyğun olduğu halda niyə vuruşmamısan?
 
 
Cavab verirlər ki, mən institut oxuyurdum, ya da xaricdəydim. Bəs mən, Ali təhsil ala bilməzdim, yaxud ən azı Rusiyaya-xaricə gedə bilməzdimmi?
 
 
Deməli siz vətəni sevməmisiniz, ancaq saxta vətənpərvərlikdən riyakarcasına danışırsız! Sizin yerinizə utanıram Vallah.
 
 
*Veteran və qaziləri kateqoriyaya bölmək (köhnə-təzə, 1-ci ya 2-ci müharibə),
*ancaq gözlə görünən fiziki meyarlarla əliliyin təyin edilməsi,
*veteran və qazi ailələrinə müharibənin təsiri və nəhayət
*maddi və sosial təminatın formal xarakter daşımasını heç kim inkar etməz.
 
 
Veteran və qazilərə hörmət, diqqət çox aşağı səviyyədədir. Bir veteran və qazi olaraq öz şəxsi nümunəsində deyə bilərəm ki, nə əmək haqqı ilə bağlı vergi, əmlak və torpaq vergisi ilə bağlı güzəştin tətbiqini görmədim. Mənzil və sosial vəziyyətin yaxşılaşdırılması üçün isə real ölüm-dirim davası aparmalısan.
Hələ mən hüquqşünas olaraq veteran, qazi kimi hüquqlarımı müdafiə edə bilmirəm. Məsələ ondadır ki, qanun var, ancaq əməl edən yoxdur və bu hərəkətsizliyə görə də heç kim məsuliyyətə cəlb edilmir. Şikayətlərə baxan da yoxdur.
 
 
Görün veteran və qazilərə hörmətsizlik hansı səviyyədədirsə sosial ödənişlər hər il bir neçə dəfə artırıldığı halda, veteran pulu-80 manat artırılmır ki, artırılmır.
 
 
 
 
Qüvvədə olan "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən
 
 
"Veteranlar barəsində dövlət siyasəti
 
Veteranlar barəsində dövlət siyasəti aşağıdakı əsaslar üzərində qurulur:
 
sosial və hüquqi müdafiənin təmin edilməsi;
 
əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağa təminat verilməsi;"
 
 
Azərbaycanda isə 2023-cü il üçün minimum əmək haqqı 345 manat müəyyən olunub. Ay Cənablar, qanunla müəyyən olunmuş veteran pulunu niyə vermirsiz???
 
 
Əgər veterana haqq etdiyi və qanunla təsdiqlənmiş minimum əmək haqqı səviyyəsində (345 manat) dolanışığı təmin edən maddi vəsait ödənərsə, mən sizi inandırım ki, əksər veteran və qazi əlillik dərəcəsi üçün "vuruşmaz", nə də arxasınca getməz.
 
 
İndi deyin, siz günahkar və səbəbkarsız, ya veteran, qazi?!
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ