"Məmur mövcud reallıqları düzgün dəyərləndirməlidir"

10:41 08-05-2023 | icon 386 | Cəmiyyət
"Məmur mövcud reallıqları düzgün dəyərləndirməlidir"

Fuad Əliyev: “Həmkarlar İttifaqı Konfederasiyası bizimlə iş birliyi qurmaq istəsə, müzakirəyə açığıq”

 

Regionun geostrateji, geoiqtisadi, geosiyasi reallıqları ölkə daxilində cərəyan edən mədəni, sosial-ictimai, iqtisadi məsələlərin vətəndaş, ictimai qurumlarla əlaqəli şəkildə təhlil olunaraq aidiyyatı dövlət qurumlarına ötürülməsi və birlikdə nizamlanması tələbini gündəmə gətirir. O da məlumdur ki, vətəndaş naminə bu cür birgə fəaliyyətin önəmi yüksək tribunalardan rəsmi olaraq bəyan edilib.

 

Müasir dönəmdə post-müharibə dövrünün bərpa – quruculuq reallığına nəzər salsaq, bu prosesdə vətəndaşın sosial-iqtisadi gərginliyi, pozulan, yaxud hansısa bürokratik əngəllər üzündən düyünə düşən məsələlərin çözülməsi də mövcud reallığın əsas amillərindəndir. Bu mənada məhz vətəndaşın həyat yoluna işıq salan ictimai nəzarətlə mizan-tərəzinin qurulmasında dövlət-vətəndaş çəmiyyətlərinin birgə fəaliyyəti mühüm rola malikdir. Arzu edilən bu birlik lazımi səviyyədə qurularsa nə baş verə bilər?

 

Məhz belə bir tələblə artıq 1 aydır təsis olunaraq fəaliyyətə başlayan Müstəqil Həmkarlar Birliyinin rəhbəri, Prezidentliyə keçmiş namizəd Fuad Əliyev Versus.az-a müsahibəsində bir çox nüanslara diqqət çəkib.

 

- Fuad bəy, Müstəqil Həmkarlar Birliyinin sosial-ictimai təşkilat olaraq hədəflərı nədir və bu yöndəki ilkin fəaliyyəti hansı reallığı ortaya qoyur?

 

- Hədəflərimiz birinci növbədə vətəndaşların üzləşdiyi problemlərin həllinə kömək etmək, onlara dəstək verməkdir. Vətəndaşlar qanunları bilmədiyinə görə, öz problemlərini həll etmək üçün düzgün müraciət edə bilmirlər. Üstəlik, bir çox hallarda vətəndaşlar qanunları bilmədiyinə görə məmurlar bundan istifadə edirlər. Məlumdur ki, əlillik almaq üçün müəyyən arayışlar toplamaq, prosedurlardan keçmək lazımdır. Məmurlar isə əlilliyi təyin etmək üçün insanlardan lazım olmayan sənədlərin gətirilməsini tələb edirlər. Artıq olan müayinələrdən keçmək üçün xəstəxanalara göndərirlər. Hamıya məlumdur ki, xəstəxanalarda vəziyyət necədir. Nəinki əllilər, sağlam insan saatlarla növbədə durmaqdan bir xəstəlik tapar. Bu kimi problemlər çoxdur. Qısamüddətli fəaliyyətimiz dövründə bizə müraciət edən çoxsaylı insanlar var. Onların əksəriyyəri tibbi sığorta, müxtəlif sosial hüquqların pozulması barədə şikayətlər edirlər.
Biz düşünürük ki, bu kimi məsələlərin həlli mümkündür. Vətəndaş hansısa məmurun özbaşınalığı, yaxud özünün vəzifə və səlahiyyətlərini düzgün qavraya bilməməsi, məsuliyyətsizliyi üzündən öz dövlətindən narazı salınır. Biz sosial dövlətdə yaşayırıq və dövlət öz vətəndaşını bütün istiqamətlərdə qoruyur. Təsadüfi deyil ki, son vaxtlar vətəndaşlarla bağlı problemlərin aşkar edilib üzə çıxarılması, həllinə yönəlik işlərin görülməsi üçün belə ictimai birliklər çoxalıb. Məncə bu da vətəndaşın hüquq və haqlarının qorunması, bu sahədə hərtərəfli maarifləndirmə işinin qurulmasına yönəlik müsbət addımlardır. Məmurlar özləri də mövcud reallıqları düzgün dəyərləndirməyi bacarmalıdır.

 


- Müstəqil Həmkarlar olaraq Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə nə dərəcədə əlaqəli şəkildə işləməyi düşünürsüz?

 

- Konfederasiya ilə əlaqələrin qurulması ilə bağlı indi heç nə deyə bilmərəm. Konfederasiya oturuşmuş, maliyyəsi və digər imkanları olan bir təşkilatdır. Bizimlə hansısa iş birliyi qurmaq istəsələr, biz müzakirəyə açığıq. Təki bu iş birliyimiz vətəndaşlara xeyir gətirsin, onların problemlərini azaltsın.

 


- Müstəqil Həmkarlar Birliyi Həmkarlar İttifaqı Konfederasiyasının fəaliyyətini nə dərəcədə aktivləşdirə biləcək?

 

- May ayının 7-də təşkilatımızın fəaliyyətinin bir ayı tamam oldu. İdarə Heyətinin iclasında bu bir ay ərzində keçirdiyimiz tədbirlər, o, cümlədən, 1 May bayramında yürüş-mitinqin keçirilməsi, #MehribanMay aksiyanın başlanması və onlarla şikayətçilərlə görüşlərin hesabatını verdim. Təvazökalıqdan uzaq, bu bir ay ərzində işimizi müsbət qiymətləndirmək olar. Yerigəlmişkən, hər kəsi Qocalar Evinin sakinlərinə əsl bayram bəxş etməyə dəvət edirəm və #MehribanMay aksiyasına qoşulmağa dəvət edirəm. #MehribanMay xeyriyyə aksiyasında iştrak etmək istəyən hər kəs İanə, geyimlər - paltar, ayaqqabı, şirniyyat və digər hədiyyələri öz sahiblərinə çatdırmamız üçün whats app 0555562542 nömrəyə müraciət edə bilər.

Əslində sadə, gündəlik normal adi həyatını yaşayan insanlarımızın bu prosesə aktiv qoşulması, onların da Qocalar Evi, o evin sakinləri ilə tanış olmasına, o insanların hansı problemlərlə üzləşməsi ilə tanışlığına səbəb olmaqla yanaşı, onlarda ailə, cəmiyyət münasibətlərində bir doğmalıq, mərhəmət, bir-birinə yardım etmək hissini aşılayacaq. Bu birliyin, çətin anlarda biganəliyin aradan qaldırılmasına təkan verəcək. İctimai nəzarətin formalaşması prosesi bu aspektdən də mühüm rol alacaqdır. Ona görə də, kimlərsə - imkanlı şəxslər, sadə insanlar da bu aksiyalarda aktiv olsalar, dövlətin sağlam insan kapitalının daha dərin köklərdə yetişməsinə, inkişaf etməsinə zəmin ola bilər. Bu aksiyalar insanları problemi birgə aşkar edib, birgə çözməyə dəvət edir və bunun mühüm əhəmiyyəti var.

O ki galdı bizim Konfederasiyada olan həmkarların fəaliyyətlərinə, onu deyə bilərəm ki, bu qurumun fəaliyyəti görsənmir. Vətəndaşlar bu qədər problemlərlə üzləşdiyi bir vaxtda Konfederasiyanın müdafiə səsi çıxmır. Sanki bunlar yoxdurlar, yaxud da problemləri görmək istəmirlər. “Danışmaq gümüşdür, susmaq qızıldır” deyimi isə burda keçmir.


Düşünürəm ki, bizim kimi ictimai qurumlarla insanların birgə faəliyyəti, aidiyyatı orqanların dəstəyi şəritində vətəndaşların üzləşdiyi sosial problemlərin öhdəsindən gəldikcə, bu, Konfederasiyanı öz fəaliyyətinə yenidən baxmağa məcbur edə bilər.

 

- Qeyri-siyasi təşkilat olaraq kifayət qədər ağır olan bu sahədə istənilən nəticənin əldə edilməsi üçün hansı addımların atılmasını nəzərdə tutursuz, hardan maliyyələşəcəksiz?


- Maliyyələşmək üçün qanun hansı imkanlar verirsə biz o imkanlardan istifadə edəcəyik. Birinci növbədə üzvlükhaqqı toplanması, müxtəlif xeyriyyə aksiyalarının keçirilməsi və sair kimi layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Qeyd etdiyim kimi, ictimai birliyimizlə çox məsələlərin həllinə nail ola bilərik.


- Birliyiniz qeyri-siyasi qurum olsa da, həllini gözləyən mövcud sosial-ictimai-mədəni məsələlər istər-istəməz çözümlərin yolunu aidiyyatı dövlət qurumlarına aparacaq. Məsələyə Bu müstəvidə baxsaq, hər hansı siyasi dəstəyin olması, yaxud maddi yardımlar üçün ianələrin toplanması prosesində hansı xətti götürməyi düşünür?


- Bir daha qeyd edirəm ki, qanun maddi yardım, ianələrin toplanması ilə bağlı bizə hansı imkanlar verirsə, biz o imkanlardan istifadə edəcəyik. Biz siyasi təşkilat deyilik ki, hansısa siyasi dəstək axtaraq. Prezident İlham Əliyev öz çıxışlarında ictimai nəzarəti gücləndirmək, problemlərin birbaşa ona çatdırmağın lazım olduğunu bildirib. Biz də öz növbəmizdə Prezidentin bu çağırışını dəstəkliyərək, vətəndaşların problemlərinin həllində öz töhfəmizi vermək istəyirik. Yəni, ilk növbədə Prezidentin məlum çağırışına güvənirik və düşünürük ki, həmin xətt üzrə qanunla, düzgün hərəkət etməklə istədiyimiz nəticəyə nail olacağıq.

 


T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da