Pakistanda ETİRAZLAR

07:17 11-05-2023 | icon 414 | Dünya
Pakistanda ETİRAZLAR

Pakistanda keçmiş baş nazir İmran Xanın həbsindən sonra keçirilən etiraz aksiyalarına görə 1000-ə yaxın adam həbs edilib.

 

Bu barədə yerli mediada xəbər yayılıb.

 

Bildirilir ki, qanun pozucuları iğtişaşlar yaradıb, məmurların evlərini yandırıb, polis məntəqələrini dağıdıblar. Etirazlar zamanı artıq 130-dan çox polis əməkdaşı və məmur yaralanıb. Bundan başqa iğtişaşlar zamanı etirazçılar arasından azı 8 nəfər həlak olub, 27 nəfər müxtəlif xəsarətlər alıb.

 

Asayişi qorumaq üçün Daxili İşlər Nazirliyinin tələbi ilə Pəncab əyalətində hərbi qüvvələr yerləşdirilib, həmçinin ölkə daxilində mobil internet xidmətləri dayandırılıb, məktəblər və yollar bağlanıb.

 

O da vurğulanır ki, aksiyalar Böyük Britaniya, ABŞ və Kanada daxil olmaqla digər ölkələrdə də keçirirlər.

 

Qeyd edək ki, mayın 9-da Xan İslamabadın Ali Məhkəməsinin binasında “Əl Qadir” şirkətinin vəsaitlərinin mənimsənilməsi işi üzrə İslam Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən saxlanılıb. Dünən keçirilən məhkəmə zamanı o, səkkiz gün müddətinə həbs edilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR