"100 illik yubiley münasibətilə əfv Sərəncamı imzalaması gözlənilirdi”

08:41 10-05-2023 | icon 839 | Gündəm
"100 illik yubiley münasibətilə əfv Sərəncamı imzalaması gözlənilirdi”

 

 

“Ölkə Prezidenti tərəfindən əfv sərəncamlarının imzalanması, həmçinin amnistiya aktlarının qəbul edilməsi uzun müddətdir ki, ənənə halını alıb. 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5885 nəfərə şamil olunub. Bu mənada Prezident İlham Əliyev Əliyevin Ümummilli Lideri Heydər 100 illik yubileyi münasibətilə də əfv Sərəncamı imzalaması gözlənilirdi”.

 

 

Bunu Versus.az-a politoloq Turan Rzayev əfv sərəncamının şərhi ilə bağlı bildirib. 

Onun sözlərinə görə, bu ən böyük əfv aktıdır.

 

 

T.Rzayev əfv sərəncamı ilə bağlı gözləntilərin ilk göstəricisi kimi ölkə başçısının Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı imzaladığı sərəncamla 2023-cü ili "Heydər Əliyev İli" elan etməsini qeyd edib.

 

“"Heydər Əliyev İli" çərçivəsində böyük tədbirlər planının hazırlanacağı və burada bir çox məqamların öz əksini tapacağı istisna deyildi. Həmin tədbirlər planı çərçivəsində 2023-cü ilin may ayı ərəfəsində cənab Prezident tərəfindən böyük əfv sərəncamı imzalanması da ehtimal edilirdi. Belə də oldu”.

 

Politoloq budəfəki əfv qərarının bundan öncəkilərdən fərqli cəhərinə diqqət çəkib. Onun fikrincə, bu, Əfv sərəncamına şamil edilən şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktı olmasıdır.

 

“Prezident İlham Əliyevin  Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Respublikanın tarixində qəbul edilmiş ən böyük əfv aktı olması ilə yanaşı həm də böyük humanizm və tolerantlıq nümunəsidir.

 

Belə ki, bir çoxları həbsxanalara insanları tərbiyələndirmək, islah etmək üçün bir məkan, obyekt kimi baxsa da, təcrübə göstərir ki, insanları dörd divara məhkum etmək əksinə, onları daha da aqressivləşdirir, psixologiyalarında cəmiyyətə qarşı inamsızlıq və qəzəb formalaşdırır. Həbsxanalar həm də bir çox insanın fiziki və mənəvi-psixoloji sağlamlıqlarına zərbə vurur. Xüsusilə təsadüfən, bilmədən, istəmədən, şüurlu surətdə olmadan yüngül cinayət törətmiş və bundan səmimi-qəlbdən peşman olan insanlar bu vəziyyətlə daha çox üzləşir. 

 

Belə insanların cəmiyyətə qazandırılması üçün əfv sərəncamlarının imzalanması olduqca vacibdir. Bütün cəmiyyətlərdə və bütün dinlərdə bağışlamaq, əfv etmək böyüklük kimi xarakterizə edilir”.

 

Ləman

Versus.az

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR