Yunus Əmrə İnstitutundan türk dili dərslərinə START

14:38 11-05-2023 | icon 319 | Təhsil
Yunus Əmrə İnstitutundan türk dili dərslərinə START

Yunus Əmrə İnstitutundan türk dili dərslərinə start verir.

 

Versus.Az xəbər verir ki, Yunus Əmrə İnstitutu Türkiyə türkcəsini öyrənmək və dil bacarıqlarını inkişaf etdirmək üçün dörd dil bacarığında onlayn türkcə kurslarını elan edir.

 

Uzaq məsafələr qət etməyə gərək qalmadan, istədiyiniz yerdə və sizə uyğun saatlarda türkcə öyrənə bilərsiniz. Onlayn dərslərdə iştirak etmək üçün internet əlaqəsi olan kompüter, telefon və ya planşetin olması kifayətdir.

 

Dərsləri həftədə 2 gün, cəmi 36 və ya 72 saat olmaqla, 2 saat davam edir. Təşkil olunan kurslara turkce.yee.org.tr saytına daxil omaqla rahatlıqla  yazıla və virtual siniflərdə təcrübəli müəllimlərdən interaktiv şəkildə türk dilini öyrənə bilərsiniz.

 

Yaş məhdudiyyəti yoxdur. Hər kəs bu dili öyrənə, türkcəsini təkmilləşdirə və dünyanın müxtəlif yerlərindən olan insanlarla yeni dostluqlar qura bilər.

 

Həmçinin burada türkcənizi təkmilləşdirdikdən sonra Türkcə Yetərlik İmtahanına da girərək dil biliklərinizi sertifikatlaşdıra bilərsiniz.

 

Xatırladaq ki, Türkiyədə təhsil almaq istəyən tələbələr üçün Türkçə Yetərlik Sertifikatı zəruri sənədlər siyahısındadır.

 

Onlayn Türk dili kurslarına müraciət etmək üçün aşağıdakı linkə daxil olaraq ərizə formasını doldura bilərsiniz.

https://turkce.yee.org.tr/tr/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ