“Yaylaq Festivalı” ərazisində əxlaqsızlıq yuvası yaratdı

11:35 17-05-2023 | icon 329 | Cəmiyyət
“Yaylaq Festivalı” ərazisində əxlaqsızlıq yuvası yaratdı

Göygölün Yeni Zod qəsəbəsi ərazisində yerləşən “Milli Yaylaq Festivalı” ərazisində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə barəsində cinayət işi açılmış şəxsə hökm oxunub.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin ərazidə gözətçi kimi çalışan 63 yaşlı M.Məmmədovun çadırlardan birində pul müqabilində əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 244.1-ci (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə iş açılıb.

 

Araşdırmalar zamanı məlum olub ki, yay aylarında “Milli Yaylaq Festivalı” keçiriləndən sonra təşkilatçılar oradakı çadırları sökməmək və növbəti 2023-cü ilin yayında keçiriləcək festivala saxlamağı qərara alıblar. Onlar Yeni Zod kənd sakini olan M.Məmmədovla qeyri-rəsmi şəkildə əraziyə gözətçilik etməsi və məvacib olaraq aylıq 400-500 manat ödənilməsinə razılaşıblar.

 

Lakin sonradan M.Məmmədovun ona müraciət edən şəxsə pul müqabilində çadırlardan birini icarəyə verməsi məlum olub. Polisin keçirdiyi əməliyyat zamanı çadırdakı iki nəfər müəyyən edilib və onların ifadələri alınıb. Həmin şəxs M.Məmmədova çadırın 2 saatlıq icarəsi üçün 41 manat ödədiyini bildirib.

 

Məmmədov barəsindəki cinayət işinin materialları Göygöl Rayon Məhkəməsinə göndərilib.

 

Məhkəmənin hökmü ilə o, qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ