Ana qumarda uduzdu

06:51 18-05-2023 | icon 320 | Cəmiyyət
Ana qumarda uduzdu

Gəncə şəhər sakini 31 yaşlı Şəfiqə Əhmədova xəstə övladı üçün yığdığı 10 min manat əməliyyat xərcini qumarda uduzub.

 

Xezerxeber.az-ın məlumatına görə, Şəfiqə Əhmədova telefonuna gələn onlayn oyun mesajına aldanıb və daha çox vəsait əldə etmək istəyərkən həmin pulu itirib.

 

Şəfiqə Əhmədova bildirib ki, onu oyuna şirnikləndirən ilk qazanılan 12 manat olub. Daha sonra oyunun rahat qazanc imkanı olduğunu düşünən qadın iştirak üçün onlayn ödənişlər etməyə başlayıb.

 

15 min manatlıq saxta uduşla bağlı karta köçürmə olmadığından zərərçəkən bunun fırıldaq olduğunu başa düşüb, ancaq bu zaman hər şey artıq gec olub. Onun ödədiyi 10 min manatı geri almaq üçün cəhdləri isə uğursuz olub. Şəfiqə Əhmədova başına gələn hadisə ilə bağlı polis və banka müraciət edib.

 

Ş.Əhmədova deyir ki, onlayn oyunda itirdiyi pulu 6 yaşlı övladının əməliyyat xərci üçün çətinliklə yığıb. Bunun üçün həyat yoldaşı maşınını satıb, qohum və tanışlar köməklik göstərib. Ancaq asan yolla çoxlu vəsait qazanmaq istəyi pulun itirilməsi ilə yanaşı, xəstə uşağı da təhlükə altında qoyub.

 

Daha ətraflı süjetdə:

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Gədəbəydə DƏHŞƏT

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Təhlükəli xəstəliyin müalicəsi TAPILDI

Bakının məşhur məktəbi təmirə bağlanır

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT