Xarici taksi şirkətləri casusluq edirlər?

09:31 19-05-2023 | icon 533 | İqtisadiyyat
Xarici taksi şirkətləri casusluq edirlər?

Beynəlxalq taksi şirkətləri Azərbaycan qanunvericiliyini pozurlar.

 

Xezerxeber.az xəbər verir ki, söhbət bu şirkətlərin xidmətlərindən istifadə edərkən müştərilərin qeydiyyat zamanı təqdim etdiyi fərdi məlumatların ölkə xaricində yerləşən məlumat bazalarında toplanmasından gedir.

 

Azərbaycanda mövcud olan “fərdi məlumatlar haqqında qanun”a əsasən isə həmin informasiyanın ölkə xaricinə çıxarılması yolverilməzdir.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Orucov bildirib ki, məsələ ilə bağlı taksi şirkətləri ilə görüş keçirilib. Şirkətlərə qanunun tələblərinə riayət edilməsinin vacibliyi çatdırılıb.

 

Taksi şirkətlərindən bildirilib ki, onlar müştəridən xüsusi qorunmalı olan hansısa məlumat tələb etmirlər.

 

Taksi şirkətləri ilə iclasda başqa mövzular da müzakirə olunub. Qeyd olunub ki, taksi minik avtomobilləri yalnız 3 müvafiq rəngdə olmalı, nəqliyyat vasitəsinin salonunda sürücü və daşınma tarifi haqqında məlumat lövhələri də yerləşdirilməlidir.

 

Sonda taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək tövsiyə olunub.

 

Daha ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

"Almaniyaya səfər məhsuldar keçdi"