Muzeydə Beynəlxalq Muzeylər Günü

10:50 19-05-2023 | icon 377 | Cəmiyyət
Muzeydə Beynəlxalq Muzeylər Günü

May ayının 18-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyi, Gənclər və İdman Nazirliyi Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı və "Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi" İctimai Birliyinin dəstəyi ilə "18 may- Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş "Qlobal sağlamlıq və xoş rifah" şüarı altında fiziki məhdudiyyəti olan səxslər üçün Beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarovanın iştirakı ilə şahmat seansı keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, İslam dünyasının ilk qadın şahmatçı qrossmeysteri, Azərbaycan Ailə Qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Şahmat Federasiyasının Vitse Prezidenti Faiq Həsənov, Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru, gənclər arasında beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Gündüz Vəliyev çıxış edərək, qeyd ediblər ki, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən bu kimi tədbirlər bu təbəqədən olan şəxslərin idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsidir.

Həmçinin, tədbirdə muzey əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

 

Sonra şahmat seansına keçid edildi. Seansda eyni anda 20 lövhədə müxtəlif yaş qruplarından olan şəxslər beynəlxalq qrossmeyster ilə mübarizə aparıblar.

 

İştirakçılar fəal oyuna görə Milli Azərbaycan Tarixi Muzeyi adından təşəkkürnamə ilə təltif olundular.
Sonda xatirə fotosu çəkildi.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ