Yaşlı insanlara ömrü səkkiz il uzatmağın yolu

09:56 23-05-2023 | icon 347 | Maraqlı
Yaşlı insanlara ömrü səkkiz il uzatmağın yolu

Kifayət qədər idman, bol tərəvəz, siqaret çəkməmək: sağlam həyat tərzi bir çox xəstəliklərin riskini azalda bilər. Bəs 60, 70 və ya 80 yaşında həyat tərzini dəyişmək olarmı?

 

Rusiyalı tanınmış diyetoloq Vasilisa Ponomaryovanın fikrincə, olar və mümkündür, özü də bu, həm həyat keyfiyyətini yaxşılaşdırır, həm də ömrü uzadır.

 

O, qidalanmada Aralıq dənizi pəhrizinə (çoxlu təzə tərəvəz və meyvə, çoxlu balıq və yüksək keyfiyyətli yağa üstünlük verməyi tövsiyə edib.

 

“60 yaşlı insan həyat tərzini dəyişsə, ömrü təxminən 8 il artar. Hətta 80 yaşına çatmış insan pəhrizini dəyişdirsə, ömrünü 3 il uzada bilər”, - deyə o bildirib.

 

Mütəxəssis bununla belə, çox ağır pəhrizləri tövsiyə etməyib. Onun sözlərinə görə, qocalıqda əzələləri və hərəkətliliyi qorumaq vacib olduğu üçün zülal qəbulunu artırmaq daha yaxşıdır.

 

Diyetoloq, həmçinin psixi sağlamlığın və rifahın qorunmasının vacibliyini də xatırladıb. O, yaşlı insanlara mütəmadi olaraq dostları ilə görüşməyi, aktiv ictimai həyat sürməyi tövsiyə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri