Veysəloğlu QDF-in vasitəçiliyi ilə Zəngilan rayonuna texnika ianə edib

15:53 23-05-2023 | icon 253 | Cəmiyyət
Veysəloğlu QDF-in vasitəçiliyi ilə Zəngilan rayonuna texnika ianə edib

“Veysəloğlu” Şirkətlər Qrupu Qarabağ Dirçəliş Fondunun dəstəyi və vasitəçiliyi ilə Zəngilan rayonunda bitki və tarlaların suvarılması üçün “İsuzu” markalı xüsusi nəqliyyat vasitəsi ianə edib.

 
 
Versus.Az xəbər verir ki, qeyd olunan texnikanın təqdimat mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, “Veysəloğlu” Şirkətlər Qrupu Müşahidə Şurasının sədri Aydın Talıbov, şirkətin rəhbər heyəti və əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.
 
 
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev “Veysəloğlu” Şirkətlər Qrupunun bu təşəbbüsünün Qarabağın dirçəlişi prosesində mühüm bir dəyərə malik olduğunu deyib. O, nümunəvi addıma görə şirkətin rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkürünü bildirib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı qələbənin regionda yeni reallıqla yanaşı, ölkəmizin tarixində yeni quruculuq dövrünün başlamasına şərait yaratdığını qeyd edib.
 
 
R.Hacıyev “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə, bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, cəmiyyətin bütün üzvlərinin Qarabağın bərpasını dəstəkləməsi, bu istiqamətdə görülən işlərə töhfə verməsi təqdirəlayiq və örnək addımdır.
Daha sonra “Veysəloğlu” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov Qarabağ Dirçəliş Fonduna və Prezidentin nümayəndəliyinə işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdikləri səylərə görə dərin minnətdarlığını bildirib.
 
 
Çıxışlardan sonra Zəngilan rayonunda istifadə olunacaq texnikanın açarları Prezidentin xüsusi nümayəndəsinə təqdim edilib.
 
 
Texnikanın təqdimat mərasimindən sonra tədbir iştirakçıları “Veysəloğlu” Şirkətlər Qrupunun deposunu ziyarət edib, şirkətin fəaliyyəti ilə tanış olublar.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI